Yuxarı

Yeni mərhələyə keçirik - Sisi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Misir ölkənin müasir tarixində ən böyük çətinliklər və çağırışlarla üzləşib. Bunları ölkənin müasir tarixində ən ağır çağırışlar kimi dəyərləndirmək olar. Ən təhlükəlisi isə “şər qüvvələrin” Misirin inkişafı yolunda maneələr yaratmaq və terror yaymaq cəhdləri olub. Onlar düşünürdülər ki, öz məqsədlərinə çata biləcəklər.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Polis Gününün 67-ci ildönümü münasibətilə mərasimdə çıxışında bəyan edib. Onun sözlərinə görə, Misir xalqı düşmənlərin planlarına ordu və polislə birlikdə müqavimət göstərməyə və inkişaf, tərəqqi və islahatlar yolu durmadan irəliləməyə qadirdir. Dövlət başçısı polisin ölkənin müdafiəsinə, cəmiyyətdə təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yönələn səylərini yüksək qiymətləndirib. O, Misir xalqını 25 yanvar İnqilabının səkkizinci ildönümü münasibətilə də təbrik edərək bildirib ki, bu, misirlilərin yeni layiqli gələcək qurmaq səylərinin əksi olub.

Misir Prezidenti deyib: “Son məşəqqətli və narahat illərdən sonra ölkə möhkəm addımlarla sabitləşmə mərhələsindən quruculuq və inkişaf mərhələsinə keçir. Biz hərtərəfli və sabit inkişafı təmin edəcək irimiqyaslı layihələrin həyata keçirilməsi davam etdiririk”.

Əbdülfəttah əs-Sisi çıxışında xüsusi vurğulayıb ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar proqramı qətiyyətli və dərin yanaşma tələb edən yetərincə sərt proqram olub. Lakin görülən tədbirlərin sərtliyinə baxmayaraq, bu, ölkə iqtisadiyyatındakı mürəkkəb vəziyyətin aradan qaldırılması üçün uğurlu və yeganə düzgün qərar olub.

Tarix
2019.01.23 / 21:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla