Yuxarı

Siyasi üsyan Venesuelada can aldı: Dünya iki yerə bölündü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:14

Venesuelada parlament sədri Xuan Quaidonun çağırışı ilə ölkə prezidenti Nikolas Maduroya qarşı etiraz aksiyaları davam edir.

Axar.az xəbər verir ki, hökumət qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, 175 etirazçı həbs edib.

Xatırladaq ki, dünən Venesuela parlamentinin spikeri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib. Quaidonun bu qərarını ilk olaraq ABŞ Prezidenti Donald Tramp dəstəkləyib və onu ölkənin qanuni prezidenti kimi tanıyıb. ABŞ-ın ardınca Kanada, Argentina, Braziliya, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay, Peru və Gürcüstan da Quaidonu prezident vəzifəsinin icraçısı kimi tanıyıb. Bundan başqa, Avropa Parlamentinin rəhbəri Antonio Tayani, Avropa Şurasının rəhbəri Donald Tusk və Avropa Birliyinin xarici məsələlər üzrə komissarı Federika Moqerini də Quaidonu dəstəkləyib.

Meksika, Rusiya və Türkiyə isə Madorunu dəstəklədiklərini və onu Venesuelanın qanuni prezidenti kimi tanıdıqlarını bəyan edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hətta Tvitter səhifəsində Maduronu dəstəkləyən açıqlama verib.

“Qardaşım Maduro, möhkəm dayan, biz səninləyik”, - Ərdoğan dəstəyini belə ifadə edib.

Əfsanəvi futbolçu Dieqo Maradona da Venesuela Prezidenti Nikolas Maduronu dəstəkləyib və onun qanuni prezident olduğunu bildirib.

Venesuela Prezidenti Nikolas Maduro ölkədə baş verənlərdə ABŞ-ı günahlandırıb və bu ölkə ilə bütün əlaqələri kəsdiyini bəyan edib. Maduro amerikalı diplomatların 72 saat ərzində ölkəni tərk etmələrini istəyib. O bildirib ki, müddət başa çatdıqdan sonra ABŞ diplomatları ölkədən çıxarılacaq.

Maduro ABŞ-ı ölkədə çevriliş etməkdə də ittiham edib və Quaidonu qanunsuz prezident adlandırıb.

Ordu Maduronu dəstəklədiyini açıqlayıb.

Özünü Venesuela prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı elan edən Xuan Quaido ölkədə baş verən etiraz aksiyaları zamanı həlak olanların ailələrinə başsağlığı verib.

“Mən yaxın saatlar ərzində aksiyalar zamanı venesuelalıların öldürüldüyünü öyrənərkən bu acını ifadə etməyə söz tapa bilmirəm. Mən onların ailələrini əmin edirəm ki, bizim vətənimizdə ədalət və sülh hökm sürəcək”, - Quaido bildirib.

Quaido onu dəstəkələyən dövlət başçılarına öz təşəkkürünü bildirib.

“Xalqın iradəsini dəstəklədiyiniz üçün bütün Venesuela adından sizə təşəkkürümü bildirirəm”, - Quaido bildirib.

Tarix
2019.01.24 / 09:52
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla