Yuxarı

Özünü prezident elan edən 35 yaşlı spiker - Dosye

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelalı müxalif siyasətçi Xuan Quaido özünü müvəqqəti prezident elan edib və ABŞ-la yanaşı, bır sıra Cənubi Amerika dövlətləri onu prezident kimi tanıdıqlarını açıqlayıb.

Axar.az Xuan Quaidonun kiçik avtobioqrafiyasını təqdim edir:

Venesuelanın Varqas əyalətində anadan olan Quaidonun ailəsi 1999-cu ildə bölgədə 30 mindən artıq insanın həlak olması ilə nəticələnən torpaq sürüşməsindən sağ qurtulsa da, evsiz qalır. O, 2000-ci ildə məktəbi, 2007-ci ildə Andres Bello Katolik Universitetini bitirib, daha sonra isə ABŞ-da Corc Vaşinqton Universitetində magistratura təhsili alıb.

Məzun olduqdan sonra Meksikadan iş təklifi alan Quaido ölkəsini dəyişmək istədiyini qeyd edərək Venesuelada qalmağı seçdiyini bildirib.

35 yaşlı Quaido ilk dəfə 2007-ci ildə Uqo Çavesə qarşı aparılan tələbə nümayişləri zamanı siyasətə qatılıb.

2007-ci ildə Çaves prezidentlik vəzifəsində müddət limitinin aradan qaldırılması və dövlət başçısına fövqəladə vəziyyət elan etmək səlahiyyətləri verən qanun dəyişiklikləri ilə bağlı referendumda siyasi həyatında ilk və tək məğlubiyyətinə düçar olur. Bundan sonra Xalq İradəsi Partiyasının rəhbəri Leopoldo Lopezin Venesuelada nüfuzu artmağa başlayır. Lopez 2014-cü ildə ev həbsinə məhkum edilərək siyasətdən uzaqlaşdırılır. 2015-ci ildə isə Venesuela parlamentində partiyasının digər partiyalarla qurduğu ittifaqa liderlik etməsi üçün gənc Xuan Quaidonu namizəd göstərir.

Xuan Quaido Venesuelada 2015-ci ildə müxalifətin üstünlük təşkil etdiyi məclisin Maduro tərəfindən ləğvindən sonra küçə etirazlarında fəal iştirak edir. Bununla bağlı çıxışlarında Quaido polis tərəfindən atılan plastik güllənin boğazında qoyduğu izin etirazlardan ona yadigar qaldığını söyləyir.

Qeyd edək ki, bir neçə gün öncə Maduronun andiçməsindən sonra onu dövlət rəhbəri kimi qəbul etmədiyini açıqlayan ABŞ Prezidenti Tramp parlament sədri Quaidonun prezident səlahiyyətlərini üzərinə götürəcəyi halda onu dəstəkləyəcəklərini və tanıyacaqlarını açıqlamışdı. Bu bəyanatdan sonra Quaido prezident səlahiyyətlərini üzərinə götürdüyünü açıqladı və xalqı küçə nümayişlərinə səslədi.

Küçə toqquşmalarında indiyə qədər 16 nəfərin öldüyü, 200 aksiyaçının həbs edildiyi bildirilir. Hazırda Karakasda qarşıdurmalar davam edir.

Tarix
2019.01.24 / 11:51
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla