İran ABŞ ordusuna aid pilotsuz RQ-170 kəşfiyyat
təyyarəsi hazırlayıb.
Axar.az xəbər verir ki, bu barədə İran Hava-Kosmik komandiri
Əmir Əli Hacızadə məlumat verib. Onun sözlərinə görə, İran İnqilab
Keşikçiləri Korpusunun (SEPAH) əsgərlərinin 2011-də Əfqanıstan
sərhədində ələ keçirdikləri Amerikaya məxsus RQ 170 təyyarəsinin
modelini istehsal ediblər.
RQ-170 hərbi təyyarəsi bu gün ilk uçuşunu gerçəkləşdirib.
Bildirilib ki, RQ-170 ilə bağlı hazırlanmış film tezliklə
ictimaiyyətə təqdim ediləcək.
Təqdimat mərasimində çıxış edən İran İnqilab Keşikçiləri
Korpusunun (SEPAH) Dəniz Qüvvələrinin komandanı jurnalistlərə
açıqlamasında Amerikanın planlarının gerçəkləşməsinə icazə
verməyəcəklərini deyib:
"Amerika Fars körfəzini tərk etməyə məcburdur. Çünki bütün
ölkələr Amerikanın Fars körfəzində mənfur və çirkin niyyəti
olmasından agahdır".