Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2018


Rəfsəncani şiələri tənqid etdi: "Belə olmaz..."

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın 4-cü prezidenti Əkbər Haşimi Rəfsəncani şiə və sünnilər arasında yaranan nifaqdan danışıb.

Axar.az xəbər verir ki, Rəfsəncani şiə dünyasında bəzi qüvvələrin peyğəmbər səhabəsinə lənətlər yağdırmasının İŞİD kimi radikal terror təşkilatların yaranmasına səbəb olduğunu deyib.

İranın rəsmi xəbər agentliyi olan İRNA-nın məlumatına görə, İran Gənclər və İdman Nazirliyində bu barədə açıqlama verən Rəfəncani sünni-şiə qarşıdurmalarının İŞİD və Əl-Qaidə kimi terror təşkilatlarının yarandığına rəvac verdiyini deyib: "İkinci xəlifə Ömər və səhabəyə lənət edən mərasimlər təşkil etmək müsəlmanların arasında ixtilaf və ayrılıqlara səbəb olub. Əl-Qaidə, İŞİD və Taliban kimi terror təşlilatları da bu əsnada yarandı".

Rəfsəncani İranda təşkil olunan Hz. Məhəmmədin qızı Hz. Fatimənin şəhadətinin ildönümü mərasimlərində oxunan şeirlərdə Hz. Məhəmmədin səhabəsinə təhqir ifadələrinin yer almasını tənqid edərək Quran-i Kərimin "Bir-birinizlə mübahisə etməyin. Yoxsa gücünüz gedər" (Ənfal surəsi 46.) ayəsini xatırladıb: "Biz şiələr bu xəbərdarlığı görməməzlikdən gələrək, ikinci Xəlifə Ömər başda olmaq üzrə səhabəyə lənətlə şiə-sünni ixtilaflarını artırdıq. Hətta bəziləri bu mərasimləri ibadət məqsədilə yerinə yetirir. İşlənən bu böyük günahlar İslam ümmətinin ayrılığına səbəb olur. Belə ki, 60 ölkə və təxminən 1 milyard 700 milyon əhalisiylə müsəlmanlar, dünyanın ən böyük gücü olmalıdır. Amma ixtilaflara görə, başqa ölkələr qarşısında zillətə düçar oldular".

Tarix
2014.11.10 / 23:21
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Загрузка...
Digər xəbərlər

ABŞ-a adekvat cavab verəcəyik - Rusiya

İŞİD-in sonu çatdı: Əsas liderlərdən biri məhv edildi

Ermənistanın 5 əsgəri yaralandı...

Ərdoğan açıqladı: Bu şəhərlərə ordu yeridəcəyik

İran ABŞ əsgərlərinə hücuma hazırlaşır - Ordu yeridildi

Rusiyadan kürdlərə böyük dəstək

ABŞ və Rusiya nüvə sayını azaltdı - Hesabat

Göldə qayıq batdı: 128 nəfər itkin düşdü

Paşinyanı qətlə yetirmək istədilər

Müşərrəfin namizədliyi rədd edildi – Qərar

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla