Yuxarı

Stalin bu qəzalardan necə xilas olub?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet lideri Stalinin təyyarəyə minməkdən qorxduğu ortaya çıxıb.

Axar.az xəbər verir ki, rus tarixçiləri Stalinin həyatı boyu yalnız bir dəfə 1943-ci ildə təyyarəyə mindiyini açıqlayıblar.

Rus tarixçilərinə görə, Stalin 1931-ci ildə yeni Sovet təyyarələrilə tanış olarkən TB-3 tipli hərbi təyyarəyə minmək istəyib. Lakin Sovet Hava Qüvvələri rəsmiləri təyyarənin qəza ehtimalına görə Stalini fikrindən daşınmağa razı sala biliblər.

Bir ay sonra qəzaya düşən ANT-9 tipli təyyarədə Sovet hərbi rəhbərliyinin həyatını itirməsi Kremli bu yöndə addım atmağa vadar edib. Tarixçilərə görə, Stalin bundan sonra SSRİ-nin yüksək rütbəli məmurlarının təyyarəyə minmələrini qadağan edib.

1935-ci ildə Stalin yeni istehsal edilən "Maksim Qorki" təyyarəsinə minmək istəyəndə də son anda bundan imtina edib. Havaya qalxan təyyarə 700 metrdən sonra qəzaya uğrayıb.

İddialara görə, bütün bu qəzalar Stalində təyyarə fobiyasının yaranmasına səbəb olub.

Stalin həyatı boyu yalnız bir dəfə - 1943-ci ildə Tehran konfransına gedərkən təyyarəyə minib. Bakıya qədər qatarla gələn Stalin buradan "Li-2" tipli təyyarəyə minib və təyyarə diqqətlə texniki nəzarətdən keçirilib.

Stalin 1945-ci ildə Yalta və Podstam konfranslarına gedərkən quru və qatar yolundan istifadə edib.

Bəzi tarixçilər Stalinin təyyarədən qorxmasına səbəb kimi sui-qəsd ehtimalını göstərirlər.

Tarix
2014.11.10 / 23:43
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla