Yuxarı

Dünyanın ən güclü 5 ordusu - Hesabat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada nəşr olunan "Nəşnl İnterest" (The National Interest) jurnalı bir çox parametrləri nəzərə alaraq dünyanın ən güclü 5 ordusunun siyahısını dərc edib.

Axar.az xəbər verir ki, jurnalın hazırladığı siyahıda ilk sırada ABŞ ordusu qərarlaşıb.

535 min əsgəri olan ABŞ müasir hərbi silaha və məntiqi sistemlərə sahibdir.

Çin Xalq Azadlıq Ordusu siyahıda ikinci sırada yerləşir. Yalnız quru qoşunlarında 1 milyon 600 min əsgəri olan Çinin qlobal diametrdə mübarizələrdə iştirak etmək üçün kifayət qədər gücə sahib olduğu bildirilir.

Jurnalın siyahısında üçüncü sırada 1 milyon 120 minlik ordu ilə Hindistan yer alır. "Nəşnl İnterest"ə görə, coğrafi baxımdan ənənəvi rəqibləri Pakistan və Çin arasında qalan Hindistan sərhədlərini qoruyacaq güclü orduya ehtiyac duyur. Həmçinin, ölkədə tez-tez baş verən iğtişaşlar və qeyri-sabit vəziyyət Hindistanın güclü quru qoşunlarına sahib olmasını tələb edir.

Siyahının dördüncü sırasında 285 min əsgərlə Rusiya qərarlaşıb. Bu ABŞ ordusunun yarısı qədərdir. Rus ordusunun yaxşı təchizata sahib olduğu və 90-cı illərdə Çeçenistandakı müharibədə yaxşı döyüş təcrübəsi yığdığı bildirilir.

Dünyanın beşinci ən güclü ordusu adını isə 102 min əsgərlə Birləşmiş Krallıq qazanıb. Britaniya Avropanın ən güclü ordusuna sahibdir və quru, dəniz və havada bir çox əməliyyatları yerinə yetirmək imkanına malikdir.

Tarix
2014.11.11 / 00:08
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla