Yuxarı

Atatürkün ən sevdiyi mahnılar – Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk musiqiyə çox böyük əhəmiyyət verib, həyatın musiqi ilə mənalı olduğuna inanıb.

Axar.az xəbər verir ki, bir söhbət əsnasında "Atatürk inqilabları arasında ən çətin olanı hansıdır?" sualına özünü qane edən cavab ala bilmədiyinə görə bu sualı özü cavablandırıb: "Ən çətin inqilabımız musiqi inqilabıdır".

Atatürk sözlərinə belə davam edib: "Çünki musiqi inqilabı adama əvvəl öz iç dünyasını unutdurur, sonra da yeni bir aləmə yönəldir. Çox çətindir, amma bunu da edəcəyik".

Atatürk belə çətin inqilabın niyə və necə edilməli olduğunu isə 1934-cü il noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinin açılış nitqində izah edib: "Bir xalqın dəyişikliyindəki ölçü musiqidə dəyişikliyi başa düşə, qavraya bilməsidir. Bu gün dünyaya dinlətməyə cəsarət edilən musiqi, bizim musiqimiz deyil. Bunu açıqca bilməliyik ki, musiqimiz dünya musiqisi içində üzümüzü ağartmır. Milli, incə duyğuları, düşüncələri anladan melodiyaları yığmaq, onları tezliklə müasir musiqi qaydalarına uyğun işləmək lazımdır. Türk musiqisi ancaq bu yolla yüksələ, universal musiqidə yerini tapa bilər".

Mustafa Kamal Atatürkün musiqini, xüsusilə də xalq mahnılarını çox sevdiyi hamıya məlumdur. Atatürkə görə, türkün gerçək musiqisi Anadolu adamının heç bir təsirə düşmədən yaratdığı, ortaya çıxardığı xalq mahnılarıdır. Musiqiyə o qədər əhəmiyyət verirdi ki, həyatın musiqi ilə mənalandığına inanırdı.

Atatürkün ən sevdiyi mahnılar, müasir dövrümüzdə də çox sevilənlər arasındadır. Atatürkün ən sevdiyi və hal-hazırda da kifayət qədər məşhur olan mahnıları təqdim edirik:

1. "Kimsəyə etməm şikayət" – Müzəyyən Senar

2. "Mane olur" – Müzəyyən Senar

3. "Havada bulud yox" – Müzəyyən Senar

4. "Dayler Dayler" – Safiyə Ayla

5. "Can rəqibi xandan edərsən" – Müzəyyən Senar

6. "Əlişimin qaşları qara" – Safiyə Ayla

7. "İzmirin qovaqları" – Müzəyyən Senar

8. "Şahanə gözlər – Müzəyyən Senar

9. "Siqaramın dumanı" – Müzəyyən Senar

10. "Əsgər yolu gözləyərəm" – Müzəyyən Senar

11. "Çilə bülbülüm çilə" – Safiyə Ayla

12. "Dəyirmana un yolladım" – Müzəyyən Senar

13. "Bu dalmadan keçdin mi" – Müzəyyən Senar

14. "Pəncərə açıldı Bilal oğlan" – Safiyə Ayla

15. "Habugaha girdim" – Müzəyyən Senar

16. "Yanıq Ömər" – Safiyə Ayla

17. "Fikrimin incə gülü" – Müzəyyən Senar

18. "A mənim bənövşəyi çiçəyim" – Müzəyyən Senar

19. "Vardar düzənliyi" – Müzəyyən Senar

20. "Axşam oldu yenə" – Müzəyyən Senar

Tarix
2014.11.11 / 08:00
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla