Yuxarı

Əsəd qüvvələri Hələbdə irəliləyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftəsonu Suriya hökümət qüvvələri Hələb ətrafında hava hücumlarını ikiqat artırıblar. Onlar çalışırlar ki, Prezident Bəşər Əsədi devirmək istəyən üsyançıların təchizat xətlərini kəssinlər.

Musavat.com xəbər verir ki, üç tərəfi Suriya hökümət qüvvələri tərəfindən mühasirəyə alınan və şimal-şərq bölqəsində İslam Dövləti militantları tərəfindən idarə olunan Suriyanın ikinci ən böyük şəhərinin Candul və Kastello rayonu döyüş təyyarələri tərəfindən müntəzəm hücuma məruz qalıb.

İran və Əfqanistandan cəlb olunmuş şiə döyüşçülər tərəfindən dəstəklənən Suriya rejimi bir neçə həftədir diqqətini Afrin şəhərindən Hələbə və daha sonra Türkiyə sərhədində yerləşən Kilis şəhərinə olan təchizat marşrutuna cəmləşdirib. Üsyançılar bu yolla şəhərə silah, sursat və tibbi təchizatlar keçirirlər və yaralıları Türkiyəyə aparırlar.

Suriya üsyançılarının Hələbdən geri çəkilmələri İslam Dövləti militantlarına və Əsəd rejiminə qarşı döyüşən Qərbin dəstəklədiyi üsyançılara ağır zərbə olacaq.

Qiyamçılar hazırda Hələbin yarısına nəzarət edirlər. Suriya hökümət qüvvələri şəhərdəki üsyançıları əhatəyə almağa çalışırlar və Qərbin dəstəklədiyi müxalif siyasətçilər və Obama administrasiyasının dəstəklədiyi üsyançı komandirlər üsyançı fraksiyaları arasında qızışan sərt döyüşlərin ara verməsi üçün razılıq əldə etməyə çalışırlar.

Onlar qorxurlar ki, əgər üsyançıların münaqişələri aradan qalxmasa və onlar birləşməsə, Əsəd Hələbi tam mühasirəyə ala və daha sonra da üsyançıların nəzarət etdiyi digər şəhərləri qaytara bilər.

Ötən həftə, İslam Dövlətinin Əl-Qaidəyə bağlı Cəbhət əl-Nüsrə qrupunun cihadçı rəqibləri və barışmaz islamçı üsyançıları mötədil üsyançıları İdlib əyalətindən qovublar və onları "Qərbin marionetləri" olmaqda ittiham ediblər. Mötədil üsyançı qruplardan biri Hərəkət Həzm, ABŞ tərəfindən dəstəklənir və Obama administrasiyası tərəfindən anti-tank raketləri ilə təmin olunub.

"Biz çox təəssüf edirik ki, üsyançılar özlərinə qarşı vuruşurlar və Əsəd rejimi bu durumdan faydalanır," deyə Suriya Koalisiyasının baş katibi Nəsr əl-Həriri bildirib.

Lakin islamçı Mücahiddin Ordusunun baş komandiri Əbdül Rəhman hər hansı razılaşmanın olacağına inanmadığını bildirib. "Biz çalışırıq ki, üsyançılar arasındakı ixtilafa son qoyaq. Dayandıra bilməsək, Əsəd bu haldan istifadə edəcək," deyə Əbdül Rəhman bildirir.

O bildirib ki, üsyançı fraksiyaları arasındakı fikir ayrılıqları gərginləşir və ABŞ-ın Suriyadakı hava müharibəsində Əsədə məhəl qoymaması və diqqəti yalnız İslam Dövlətində cəmləşdirməsi bu situasiyanı daha da çətinləşdirir. Biz bütün diqqətimizi Bəşər əl-Əsəd üzərində cəmləşdirsək, üsyançılar arasındakı münaqişə və mübahisələr sona çatacaq.

Qərbin dəstəklədiyi siyasi qrup - Suriya Koalisiyası - ABŞ-ı Əsəd rejimi Hələbi mühasirəyə almağa çalışanda hava hücümları ilə müdaxilə etməyə çağırıb. Bele bir addım ABŞ və Qərbin konfliktdəki iştirakını artıracaq, və ABŞ rəsmiləri bildiriblər ki, onlar belə bir addımdan çəkinirlər.

Tarix
2014.11.11 / 10:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla