Yuxarı

Mayk Tayson rus yazıçısı olmaq istəyir - Eksklüziv

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dəmir Mayk" ləqəbi ilə tanınan boks üzrə mütləq dünya çempionu Mayk Taysonun Rusiya Yazıçılar Birliyinin üzvü olmaq arzusu həyata keçə bilməz".

Bu haqda Axar.az-a Rusiya Yazıçılar Birliyinin məsul şəxsi Zareta Axilqova bildirib. O deyib ki, tanınmış boksçunun bu istəyi baş tutan deyil:

"Mayk Taysonun müəlliflik etdiyi "Mən və boksdan sonrakı həyatım" rus dilinə tərcümə edilib yaxın günlərdə böyük tirajla Rusiya kitab evlərinə satışa çıxarılsa belə, boksçu Rusiya Yazıçılar Birliyinin üzvü ola bilməyəcək. Səbəb isə Mayk Taysonun Amerika vətəndaşı olmasıdır".

Zareta Axilqovanın dediyinə görə, bu istək Rusiya Federasiyasının qanunları ilə daban-dabana ziddir və o, ümumiyyətlə təsəvvür etmir ki, orta məktəb belə bitirməyən, adı bir çox qalmaqallarda hallanan boks ustası necə yazıçı ola bilər:

"Onu bütün Rusiya mahir idman ustası kimi tanıyır və istərdim ki, bu məsələ elə bu məqamla da bitsin".

Lakin inadcıl Tayson fikrindən dönmək niyyətində deyil. Əldə etdiyimiz son xəbərə əsasən, o, bir neçə gün əvvəl öz şəxsi vəkilini Rusiya Yazıçılar Birliyində fəaliyyət göstərən qeydiyyat bölümünə Birlik rəhbərliyi ilə danışıqlar aparmaq üçün göndərib. Yaxın günlərdə isə əfsanəvi boksçu Rusiyaya gəlməyi planlaşdırır.

Xatırladaq ki, 48 yaşlı Mayk Tayson kitab yazmağa 2009-cu ildən, 4 yaşlı qızı Silviyanın faciəvi şəkildə avtomobil qəzasında dünyasını dəyişməsindən sonra başlayıb.

Tarix
2014.11.11 / 14:40
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla