Yuxarı

“Üçlər İttifaqı”na qarşı Ankara yeni ölkə ilə birləşir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə Qətərlə koalisiya yaradıb".

Axar.az xəbər verir ki, bu sözlər "Reqnum" agentliyinin Misir, Yunanıstan və Cənubi Kiprin Türkiyəyə qarşı yaratdığı koalisiya ilə bağlı hazırladığı analitik məqalədə yer alıb.

Agentlik Türkiyənin Misirlə münasibətləri pozulduqdan sonra Yaxın Şərqdən təcrid olunmağa başladığını bildirib. Qahirə Türkiyə səfirini persona non-qrata elan edəndən sonra Ankaraya qarşı təzyiqlər başlayıb. Bununla da Misirin yeni hakimiyyəti regionda özünü Türkiyəyə qarşı yeni qüvvə kimi göstərməyə çalışıb. Ankara isə bölgəyə təsir etmək imkanlarını əlində saxlamaqdan ötrü yeni bir dövlətlə - Qətərlə yaxınlaşmaq məcburiyyətində qalıb. Məhz bu koalisiya Misirin yaratdığı ittifaqa qarşı fəaliyyətə başlayıb. Agentlik Misirin yaratdığı ittifaqla Türkiyə ətrafında yeni geopolitik konflikt ocağının yarandığını, lakin bunun hərbi toqquşmaya gətirib çıxarmayacağını bildirib.

Qeyd edək ki, oktyabrın 29-da Misir, Cənubi Kipr və Yunanıstan Xarici İşlər nazirləri siyasi məsləhətləşmələr aparmaq üçün Cənubi Kiprdə bir araya gəliblər. Xarici İşlər nazirləri Türkiyənin Kipr sahilində təbii qaz fəaliyyətini bitirməyin lazım olduğunu qeyd edərək bu cür addımların özünə zərər verəcəyini vurğulayıblar. Cənubi Kiprin Xarici İşlər naziri Yohanis Kasulidis Yunanıstan və Misirlə əməkdaşlığın bölgədəki heç bir ölkənin əleyhinə olmadığını, əksinə, bölgədə sülh və sabitliyə yardım etdiyini bildirib

Tarix
2014.11.12 / 22:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla