Yuxarı

Abdullah Öcalan Millət Məclisinə girir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinə təqdim edilən "demokratikləşmə paketi" qəbul edildikdən sonra paketdən çıxan sürpriz dəyişikliklərə görə, terrorda günahlandırılaraq həbs olunan Öcalan başda olmaqla həbsdə olanlar və dağdan enəcək bütün PKK-çılar partiyalara üzv ola biləcək.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hökumətin bir müddət əvvəl açıqladığı, həll müddəti baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirilən, amma qeyri-kafi hesab olunaraq tənqid edilən "demokratikləşmə paketi" dünən TBMM-ə göndərilib. 17 maddəlik paketdə çox maraqlı maddələr var:

Öcalana yaşıl işıq

Qanunun qüvvədən qaldırılan hökmlər hissəsində İmralı həbsxanasında məhbus olan Abdullah Öcalan və dağdan enməsi gözlənilən PKK-çılara siyasət yolu açılır. "Siyasi Partiyalar Qanunu"nun "siyasi partiyalara üzvlüyü" qadağan edilən hökmlər arasından "terror aksiyasından həbs olunma" maddəsi götürülür. Beləcə, Öcalan və ya dağdan enən PKK-çılar BDP və HDP başda olmaqla istədikləri partiyaya üzv olaraq siyasətə qoşula biləcəklər. Paketə əsasən dövlət sirrini açmaqda və terror törətməkdə günahlandırılanlar dövlətə qarşı işlənilən cinayətə görə həbs olunanların siyasi partiya üzvlüyü qadağası aradan götürüləcək.

Kürdcə təbliğat

Seçkilərdə kürdcə təbliğat aparıla bilinəcək.

Çox liderlilik

Siyasi partiyalar artıq çoxliderlilik sisteminə keçə biləcək. Çox liderlilik sistemində başqan 2 liderdən çox olmayacaq. İndiyə qədər bu sistem təkcə BDP-də var idi.

Xüsusi məktəblərdə kürdcə təhsil

Özəl kurslar xaricində artıq kürd dili başda olmaqla başqa dil və ləhcələrdə təhsil verilə biləcək xüsusi məktəblər açmaq olacaq. Bu təşkilatlarda təhsili və təhsil veriləcək dil və ləhcələrə Hökumət qərar verəcək.

Nifaq cinayətinə görə cəza olacaq

Qanunla nifrət cinayəti "Türk Cəza Qanunu"na əlavə olunacaq. "Türk Cəza Qanunu"nun 122-ci maddəsinin "ayrı-seçkilik" olan başlığı "nifaq və ayrı-seçkilik" olaraq dəyişdirilib. Maddədəki "din, dil, məzhəb" bəndlərinə "milliyət" anlayışı da əlavə olundu. Ayrı-seçkilik etməkdə cəzalandırılanlara verilən 6 aydan 1 ilə qədər həbs cəzası, 1 ildən 3 ilə qədər həbs cəzası ilə əvəzlənib.

Tükcə olmayan kənd adları

Qanunla "Şəhərlər İdarəsi"nin kənd adlarının dəyişdirilməsini zəruri edən maddə çıxarılıb. 1949-cu ildəki tənzimləmələrin aradan götürülməsi türkcə olmayan kənd adlarının dəyişdirilməsinə maneə törədəcək. Amma daha əvvəl dəyişdirilən adlar üçün yeni bir tənzimləmə edilməyib.

Şapka və əlifba cəzası aradan götürüldü

"Türk Cəza Qanunu"nun "Şapka və Türk Hərfləri" başlıqlı maddəsi qüvvədən düşüb. Beləcə, qadağan olmasına baxmayaraq, tam qadağa qoyula bilməyən şapka taxma zəruriliyi ilə əlifbada "x, q, w" kimi hərflərin istifadə edənlər üçün nəzərdə tutulan 2 aydan 6 aya qədər həbs cəzası aradan qalxmış olacaq.

Tarix
2013.12.06 / 10:59
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla