Yuxarı

Nazir Obamadan on milyard dollar istədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ müdafiə naziri Çak Heygel ölkənin nüvə qüvvələrinə əlavə olaraq on milyard dollaradək vəsait qoyulmasını təklif edib.

Axar.az RİA Novostiyə istinadla bldirir ki, bu barədə Pentaqondakı mənbələrə əsaslanan "Assoşieyted Press" agentliyi məlumat verib.

Agentliyin həmsöhbətləri bildiriblər ki, MN başçısı bu yolla analitik xülasələrin məlumatlarına reaksiya verib. Yoxlanışa səbəb ABŞ nüvə silahı hərbi bazasında baş verən qalmaqallar seriyası olmuşdu: aydınlaşdırılıb ki, Şimali Dakota, Montana və Vayominq ştatlarındakı ştrateji obyektlərdə zabitlər döyüş növbətçiliyi göstərişlərini kobud şəkildə pozublar, imtahanlarda köçürmə hallarına yol veriblər. Onların narkotikdən istifadə etdikləri də ifşa olunub.

Heygelin öz təklifi ilə bu gün keçirəcəyi mətbuat konfransında çıxış edəcəyi gözlənilir. Beş il müddətinə əlavə investisiya kimi bir milyarddan on milyardadək məbləğ tələb oluna bilər. "Dəqiq məbləğ hələ müəyyənləşdirilməyib", - deyə agentlik bildirib.

Nazir bundan əlavə kadr dəyişikliyi edilməsini fikrini də dəstəkləyib. Qeyd edək ki, hazırda ABŞ nüvə qüvvələrinə üçulduzlu general-leytenant Stiven Uilson başçılıq edir. Nazirin fikrincə, müvafiq strukturlarda dördulduzlu general daha böyük nüfuza sahib olardı. Yeni komandirin adı hələ ki açıqlanmır. Məlumdur ki, ABŞ ordusu sıralarında 40-a yaxın dördulduzlu general var.

Tarix
2014.11.14 / 10:15
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla