Yuxarı

Ermənilər tələb etdi, nazirlik açıqladı: Qarabağda 1 ölü, 3 yaralı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər tələb etdi, nazirlik açıqladı: Qarabağda 1 ölü, 3 yaralı

Ermənistanda ictimaiyyətdən hərbi qulluqçuların ölümü ilə bağlı informasiyanı gizlədən Müdafiə Nazirliyi ətrafında qalmaqal davam edir.

Axar.az xəbər verir ki, bu barədə “Haqqın.az” saytı yazıb.

Ermənistan mətbuatı müqavilə əsasında xidmət aparan hərbi qulluqçu Edqar Qriqoryanın Yeni il axşamı ölməsi ilə bağlı məlumatı öyrəndikdən sonra Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan əsgər ölümlərinin gizlədildiyini etiraf edib. Bu addım erməni ictimaiyyətinin qəzəbinə, eyni zamanda mətbuatda Paşinyan hökumətinin kəskin tənqidinə səbəb olub.

Bütün bunlardan dərhal sonra Ermənistanın İstintaq Komitəsi Yeni il gecəsi işğal altındakı Dağlıq Qarabağda daha bir neçə əsgərin də yaralandığını açıqlayıb.

“Qumbara ilə münasibətdə təhlükəsizlik qaydalarının pozulması nəticəsində Qarabağdakı mövqelərdən birində bir neçə hərbi qulluqçu yaralanıb. Hadisə dekabrın 31-də saat 03:50-də baş verib. Hadisə nəticəsində S.Torosyan, M.Manukyan və A.Marabyan yaralanaraq hərbi hospitala çatdırılıblar”, - Ermənistan İstintaq Komitəsinin məlumatında deyilir.

Tarix
2019.02.12 / 16:04
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla