Yuxarı

Qarabağ klanı hücuma keçir: Petrosyana qarşı cinayət işi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Levon Ter Petrosyan və Erməni Ümummilli Hərəkatına qarşı hakimiyyətin zorla ələ keçirilməsi ittihamı ilə cinayət işi açılmasını tələb edirəm.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Artur Poqosyan paylaşıb.

“1995-ci ilin parlament və 1996-cı il prezident seçkisinin nəticələrinin açıq şəkildə saxtalaşdırılması nəzərə alınaraq, Levon Ter Petrosyan və Erməni Ümumilli Hərəkatı Partiyasının liderlərinə qarşı hakimiyyətin ələ keçirilməsi ittihamı ilə cinayət işi açılmasını tələb edirəm. 1995-ci ildə mən 97-ci motoatıcı briqadanın komandirinin müavini, 1996-cı ildə isə milli təhlükəsizlik sisteminin hərbi əks-kəşfiyyatındakı baş əks-kəşfiyyatçısı olmuşam. Mən baş verənlərlə yaxşı tanışam və o zamankı hakimiyətin saxtalaşdırmalarına və digər cinayətlərinə dair məlumatları məhkəməyə təqdim etməyə hazıram”, – deyə o bildirib.

Qeyd edək ki, Erməni Ümummilli Hərəkatı Partiyası 1991-1998-ci illərdə Ermənistanın hakim partiyası olub. Partiya 1991-1995-ci illər, 1995-1998-ci illərdə parlamentdə əsas üstünlüyə sahib olub. Partiyanın əsas liderləri Levon Ter Petrosyan, Ter-Usik Lazaryan, Aleksandr Arzumanyan, Vano Siradeqyan və Ararat Zurabyan olub. Bunlardan yalnız Ter Usik Lazaryan vəfat edib.

Petrosyanın özünə gəlincə isə o, 1996-cı ildəki prezident seçkisində Vazgen Manukyana qalib gələrək prezident seçilib. 1998-ci ilin fevralına qədər vəzifədə qalmağı bacarıb. İstefaya getməsinə əsas səbəb hökumətlə fikir ayrılığı yaşaması olub. Belə ki, Petrosyanın 1992-1994-cü illərdə işğal edilmiş əraziləri Azərbaycana qaytarmağı təklif etməsinə Baş nazir Robert Köçəryan, Müdafiə naziri Vazgen Sərkisyan və Daxili İşlər naziri Serj Sərkisyan qarşı çıxıb. Petrosyandan sonra prezident vəzifəsinə Robert Köçəryan gətirilib, baş nazir statusu isə Vazgen Sərkisyana verilib. Məhz həmin Sərkisyan 1999-cu ilin parlament teraktında qətlə yetirilib.

Tarix
2019.02.13 / 13:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla