Yuxarı

Soçi görüşü: Ümid heç bir vaxt bu qədər artmamışdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:49

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Həsən Ruhani arasında nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş zamanı maraqlı anlar yaşanıb.

Axar.az xəbər verir ki, bu barədə RİA yazıb.

Məlumata görə, tərcümə avadanlığında yaranan problem görüşün dərhal başlamasına mane olub. Belə ki, Putin nitqinə İranda baş vermiş teraktlarla əlaqədar Ruhaniyə başsağlığı ilə başlayıb. Lakin Rusiya lideri dərhal sonra qonaqların üz ifadələri və jestlərindən tərcümənin həyata keçirilmədiyini anlayıb. Bundan sonra Putin qonaqlara tərcümənin olub-olmadığını soruşub. Texniki problem təxminən bir dəqiqə yarım davam edib və Putin bu müddətdə bir neçə dəfə iranlı rəsmilərə cihazların çalışıb-çalışmaması barədə suallar verib.

Problemin aradan qaldırılmasından sonra görüş davam edib.

***

Türkiyə öz narahatlığında haqlıdır. Terrorizm region üçün böyük təhlükədir.

Bu sözləri İran lideri Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra mediaya açıqlamasında deyib.

***

Soçidə keçirilən üçtərəfli görüşdən sonra Ərdoğan, Ruhani və Putin mühüm açıqlamalarla çıxış edib.

İlk öncə Putin çıxışı zamanı bildirib ki, İdlibdə təhlükəsiz bölgənin yaradılması müvəqqəti atılmış addımdır:

"Bölgənin Suriya administrasiyasına təhvil verilməsi şərtdir".

Ruhani isə qeyd edib ki, Suriyada həll hərbi deyil, siyasi şəkildə yoluna qoyulmalıdır.

İran lideri əlavə edib ki, ABŞ Suriyadan çıxsa belə, onun təhdidləri davam edəcək.

Ərdoğan da öz növbəsində vurğulayıb ki, Suriyada həll yoluna olan ümidlər heç bir zaman bu qədər artmamışdır:

"Suriyaya dair V zirvə görüşünün Türkiyədə keçirilməsini tövsiyyə edirəm".

Tarix
2019.02.14 / 21:56
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla