Yuxarı

“Səssiz qaldığımız üçün Putin bu işğalı reallaşdırdı”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Krımın anneksiyası planını Gürcüstandakı situasiyaya heç bir reaksiya verilməməsindən sonra hazırladı.

Axar.az xəbər verir ki, bunu “Apostrof” portalına müsahibəsində NATO-nun Rusiyadakı keçmiş təmsilçisi Harri Tabax deyib.

“Gürcüstana qarşı hərbi fəaliyyətlər başlayanda mən NATO-nun Rusiyadakı Nümayəndəliyinin qərargah rəisi idim. Məhz o zaman NATO ilə münasibətlər dayandı. Bizim aramızda yalnız konfranslar baş tuturdu. Başqa heç nə baş vermirdi. O zaman gərgin münasibətlərimiz vardı, amma NATO hər şeyə rəğmən bütün problemlərin bitəcəyini düşünürdü. Putin Gürcüstandakı situasiyaya heç kimin reaksiya verməməsini görəndən sonra Rusiya Krımın zəbti planını hazırlamağa başladı. Əgər biz bu gün Kerç boğazındakı konfliktə reaksiya verməsək, o zaman onlar bütün Qara dənizi tutacaqlar”, – deyə o bildirib.

Onun szölərinə görə, NATO-nun genişlənməsinin səbəbi Rusiyadır:

“Mən hər zaman demişəm ki, əgər Rusiya NATO-ya hansısa ölkənin üzv olmasını istəmirsə, o zaman bu ölkəyə hücum etməsin. NATO-nu parçalamağın yolu başqadır. Əgər NATO-nun parçalanmağını istəyirsinizsə, o zaman buraya çox ölkə qəbul etməlisiniz. Nə qədər çox ölkə qəbul etsəniz, alyansda o qədər bürokratiya olacaq, heç nəyi həll etmək mümkün olmayacaq”.

Tarix
2019.02.15 / 09:40
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla