Yuxarı

Dünyanın gözü Münhendə: 140 ölkə bir yerə toplanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 55-ci Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayır. Konfrans 17 fevrala qədər davam edəcək.

Axar.az xəbər verir ki, bu il sözügedən konfransda 40 ölkə dövlət başçısı, 100 ölkə isə xarici işlər və müdafiə naziri səviyyəsində təmsil olunacaq. Həmçinin konfransda 600 təhlükəsizlik siyasəti mütəxəssisinin iştirak edəcəyi gözlənilir.

55-ci Münhen Təhlükəsizlik Konfransında həmçinin Almaniya kansleri Angela Merkel, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini, NATO Baş katibi Yens Stoltenberq iştirak edəcək.

Azərbaycanın konfransda Xarici İşlər naziri Elmar Məmmədyarov təmsil edir.

Konfransa aktual qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı 1963-ci ildən bu günədək Almaniyanın Münhen şəhərində keçirilən illik konfransdır.

Münhendə ilk konfrans 1963-cü ildə məşhur almaniyalı hərbi tarixçi və jurnalist Evald von Kleistin təşəbbüsü ilə keçirilib. 1993-cü ilə qədər Xristian İctimai Birliyinin himayəsi altında keçirilən və Hərbi Məsələlər Konfransı adlanan forum 1998-ci ildən sonra Almaniya hökuməti tərəfindən maliyyələşməyə başlayıb.

Soyuq müharibədən sonra konfransda Rusiya da daxil olmaqla, NATO-ya üzv olmayan Avropa ölkələri də iştirak etməyə başlayıb.

Hazırda Münhen konfransı NATO ölkələri müdafiə şurasının iclası kimi keçirilir və dünyanın 40-dan artıq ölkəsinin iştirak etdiyi beynəlxalq diskussiya forumuna çevrilib. Konfransda Çin, Hindistan, Filippin, Yaponiya, Sinqapur və digər ölkələrin nümayəndələri də iştirak edirlər.

1992-ci ildən forum "Təhlükəsizlik Siyasəti Konfransı", 2008-ci ildən isə "Münhen Təhlükəsizlik Konfransı" adlanmağa başlayıb.

Tarix
2019.02.15 / 14:29
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla