Yuxarı

Putin Saakaşvili metodunu işə salır - Qanuni oğrulara qarşı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Rusiya Prezidenti Vladimir Putin mütəşəkkil cinayətkar qrupların (MCQ) liderləri barəsində cəza tədbirlərinin sərtləşdirilməsi haqda qanunvericilik təklifi ilə çıxış edib.

Virtualaz.org xəbər verir ki, Putinin təklifinə görə, belə qruplaşmaların lideri kimi tanınmış şəxslər 8 ildən 15 ilə kimi azadlıqdan məhrum edilməli və 5 milyon rubl həcmində cərimə olunmalıdırlar. Təklifin əsas mahiyyəti bundan ibarətdir ki, "qanuni oğru" kimi tanınan şəxslərin bu statuslarını etiraf etməsi onların həbsi üçün yetərli əsas olacaq.

Xatırladaq ki, bu taktikadan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 2004-cü ildə hakimiyyətə gələndən dərhal sonra istifadə etmişdi. Belə ki, Qızılgül inqilabıından əvvəl Gürcüstanda cinayətkarlığın səviyyəsi olduqca yüksək idi, az qala hər iki adamdan biri özünü "qanuni oğru" sayırdı. Saakaşvili mütəşəkkil cinayətkarlığa sarsıdıcı zərbə vurmaq üçün xüsusi qanun layihəsi hazırlayıb parlamentə təqdim etdi. Bu qanuna əsasən, şəxsin "qanuni oğru" statusunu etiraf etməsi onun 8-10 ilə qədər həbsi üçün əsasdır. Cinayətkar aləmin qanunlarına görə, əgər "qanuni oğru" titulu daşıyan şəxs bunu publik şəkildə inkar edirsə, dərhal bu statusunu itirmiş olur. Beləliklə, polis gürcü "oğru”lara qarşı əməliyyatlar keçirirdi və onları qruplar halında tuturdu. Daha sonra kameralar qarşısında onlara qanuni oğru olub-olmadıqları haqda sual verilirdi.

Bu qanunun təsiri ilə Gürcüstanda qanuni oğruların sayı sürətlə azaldı - onların çoxu ölkəni tərk etməli oldu.

İndi bu taktikadan Rusiya prezidenti istifadə edir. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin prezidentin bu təklifinin dərhal parlamentdə müzakirəyə çıxarılacağını bəyan edib.

Tarix
2019.02.16 / 00:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla