Yuxarı

100 il sonra ilk dəfə: Qara bəbirin görüntüsü - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsli tükənən heyvanların siyahısında olan qara bəbir 100 il sonra fotoları çəkilib. Onun fotolarını Uill Berrard Lukas adlı fotoqraf çəkib. Bu növ bəbirin ən son görüntüsü 1909-cu ildə çəkilib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, fotolar Keniyada meşəlik bir ərazidə çəkilib. Onu digər bəbirlərdən fərqli edən tək şey rənginin qara olmasıdır. Rənginə görə gecələr onun yalnız gözlərini görmək mümkündür. Bu növ bəbir törəməsi genetik dəyişikliklər nəticəsində olur. Lakin bu, çox nadir görülə və tapıla bilən heyvan növüdür. Xüsusilə də onu vurğulamaq lazımdır ki, bu bəbirlər çox səssiz hərəkət edən və tənha yaşamağı bacaran heyvanlardır.

Bir əsrdir ki, fotoları çəkilə bilməyən bu bəbir növü yalnız Keniyada Laikipa adlı ərazidə mövcuddur.

Onun fotolarını çəkən fotoqraf bunları deyib: "Qara bəbirin Laikipa ərazisində görüldüyü barədə dedi-qoduları eşitməyə başladım. Hazırlaşıb Keniyaya, həmin əraziyə gəldim. Sözügedən ərazidə müxtəlif yerlərə fotoaparatlar yerləşdirdim. 5 gün o bəbirin gəlməsini gözlədim. Fotoaparatları toplayıb, yoxlama apardıqda gözlərimə inana bilmədim. Həmin bəbirin fotoları kameramda mövcud idi".

35 yaşlı fotoqraf onu da bildirib ki, bu qara bəbir fotosunu çəkmək onun gənclik arzusu imiş.

1909-cu ildə çəkilən sonuncu qara bəbirin fotosu Vaşinqtonda "Smithsonian" milli təbiət tarixi muzeyində sərgilənir.

Tarix
2019.02.17 / 16:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla