Yuxarı

İran tələb etdi: bu ölkə əməliyyatlara başlamalıdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçilərini daşıyan avtobusa təşkil edilmiş hücuma görə Pakistana nota göndərilib.

Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi məlumat yayıb.

"Pakistanlı səfir Rəfət Məsudla görüşdə İranın Pakistan hökumətindən gözləntiləri açıqlanıb. Bildirilib ki, İran İslam Respublikası Pakistan hökumətindən və onun ordusundan bu ölkənin sərhədyanı məntəqələrində ölkəmizə qarşı fəaliyyət göstərən terrorçu qruplaşmalara və onların hərbi bazalarına qarşı qətiyyətli addım atmasını gözləyir. Görüşdə həmçinin Pakistan hökumətindən istənilib ki, bu qruplaşmaların terror aktları törətməklə ölkələrimiz arasındakı etimada xələl gətirməsinə bir daha imkan verməsin", - Qasımi bildirib.

Qeyd edək ki, fevralın 13-ü İranın Sistan və Bəlucistan əyalətində hərbi personalı daşıyan avtobusun partladılması nəticəsində 41 hərbçi həlak olub.

Tarix
2019.02.18 / 01:35
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla