Yuxarı

“Sergeyi bizə göstərmirlərsə, demək, sağ deyil”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Sergey Skripalı bizə göstərmirlərsə, demək, o artıq çoxdandır ki, həyatda yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Solsberi şəhərində zəhərlənən Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın qardaşı qızı Viktoriya Skripal deyib.

Viktoriya Skripalın sözlərin görə, Britaniya mətbuatında polkovnikin vəziyyətinin pisləşməsi ilə bağlı yayılan xəbərlər artıq işin Sergey Skripalın ölümü və sübutların məhvinə doğru getdiyini göstərir.

“Hadisələr hələ bir il qabaq yazılan ssenariyə uyğun şəkildə inkişaf edir. Skripalları bizə göstərmirlər – nə sağlam, nə xəstə kimi... Əgər Sergeyi bizə göstərmirlərsə, demək, o ölüb”, - Viktoriya Skripal bildirib.

Qeyd edək ki, ötən ilin mart ayında Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızını zəhərləyiblər. Böyük Britaniyada bu hadisə Rusiya tərəfindən həyata keçirilən sui-qəsd olaraq dəyərləndirilib.

Tarix
2019.02.18 / 15:28
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla