Yuxarı

Nikolu idarə edən, qərarları verən odur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın simasında Ermənistanın birinci prezidenti Levon Ter Petrosyanın siyasi arenaya geri dönməsi barədə kifayət qədər çox şayiələr mövcuddur.

Axar.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb. Məlumata görə, bu şayiələr vəzifəyə Petrosyanın adamlarının təyin edilməsindən sonra daha da genişlənib.

Qəzet baş nazirin xüsusilə xarici siyasətdəki qərarlarının çoxunun onun əsas müşaviri Petrosyanın vasitəsilə qəbul edildiyini bildirib:

“Paşinyan gün ərzində Petrosyanla konkret telefon konsultasiyaları təşkil edir. Şayiələrə əsasən, məhz Petrosyan iyunda Paşinyana Robert Köçəryanı oyundan çıxarmaq və siyasi arenada aktivləşməsinə mane olmaq ideyasını verib. Üstəlik, birinci prezident son zamanlar kifayət qədər aktiv şəkildə kulis arxası görüşlər keçirir”, – deyə o bildirib.

Qeyd edək ki, Levon Ter-Petrosyan bundan öncə İtaliyanın Ermənistandakı səfiri ilə görüşüb. O, görüş zamanı İtaliyanın nümayəndəsinin Avropa İnsan Haqları Məhkəməsinin sədri olduğunu və səfirdən bu məhkəmədə Köçəryanın lehinə qərar çıxarılmamasını tələb edib. Petrosyan səfirin buna əməl edəcəyi halda İtaliyanı bütün beynəlxalq platformlarda Ermənistanın dəstəkləyəcəyini deyib.

Səfir isə bu təklifi rədd edib və bir daha Petrosyanla görüşməyəcəyini bildirib.

Tarix
2019.02.18 / 16:05
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla