Yuxarı

İvanişvili keçmiş ortağını yox edir - Asli

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bidzina İvanişvili “TBC Bank” və Anakliya limanını ələ keçirmək istəyir. O, bu məqsədinə Mamuka Xazaradze və Badri Caparidzedən bankı almadan çatmaq niyyətindədir. Bankın rəhbərliyi dəyişəndən sonra “TBC Bank”ı yaxın adamlarına verməyə çalışır. Məqsədinə çatmaq üçün isə Gürcüstan Milli Bankından istifadə edir.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın Beynəlxalq Ticarət Palatasının rəhbəri Fadi Asli deyib.

O, bu ittihamın təkcə şəxsi fikri olmadığını, fərqli beynəlxalq mənbələrin də belə düşündüyünü bildirib:

“İvanişvilinin yekun hədəfi Rusiya şirkətlərinin sanksiyalardan yayınmasına “TBC Bank” vasitəsilə yardım etməkdir. Anakliya limanına gəlincə, İvanişvili Xazaradze və Caparidzeyə ağır ittihamlar irəli sürərək, onların nüfuzuna zərbə vurmağa və bununla beynəlxalq donorları limanın tikintisini maliyyələşdirməsi fikrindən yayındırmağa çalışır. Onların layihənin maliyyələşdirilməsindən imtinası layihənin dayanması olacaq. Bundan sonra o, layihəni öz əlinə keçirəcək”.

Qeyd edək ki, Xazaradze İvanişvilidən sonra Gürcüstanın ikinci ən güclü şəxsi sayılır. Bir zamanlar İvanişvili ilə ortaq hərəkət edən Xazaradze Saakaşvilinin hakimiyyətdən göndərilməsində aparıcı şəxslərdən biri olub.

Tarix
2019.02.18 / 17:55
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla