Yuxarı

Qonşuda qripin yayılmasının səbəbləri bəlli oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar qrip virusunun, xüsusən də “donuz qripi”nin Gürcüstanda daha çox yayılması ilə bağlı müxtəlif fikirlər səslənir.

Axar.az xəbər verir ki, bəzi ekspertlər qonşu ölkələrlə müqayisədə Gürcüstanda qripin daha çox yayıldığını bildirirlər və bunun səbəblərini araşdırırlar. Bildirilir ki, Gürcüstanda vəziyyətin daha kəskin olmasının ciddi səbəbləri var: Gürcüstan güclü islahatlar həyata keçirib, Avropa standartlarına uyğun klinikalar yaratsa da, xəstəliklərə mərkəzləşdirilmiş nəzarət zəifləyib.

Mütəxəssislərin fikrincə, bu gün Xəstəliklərə Nəzarət Milli Mərkəzinin istər sərhədlərə nəzarət, istərsə də virusla bağlı vəziyyətə təsir edəcək mexanizmləri yoxdur. Epidemioloji təhlükəsizliyə cavabdeh olan xidmət orqanları isə demək olar ki, fəaliyyət göstərmir. Ona görə də virusoloji xəstəliklər Gürcüstanda daha çox tüğyan edir.

Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru, sabiq səhiyyə naziri Amiran Qamkrelidze bildirib ki, hazırda ölkədə əhalinin hər 100 min nəfərindən 186-sı qripə yoluxub. “Donuz qripi”ndən ölənlərin sayı isə 22 nəfərdir. Məktəblərdə demək olar ki, dərslər keçirilmir. Bu, böyük rəqəmdir və ciddi riskdir. Ona görə ki, bu cür hal hətta 2009-2010-cu illərdə də olmayıb.

Tarix
2019.02.19 / 00:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla