Yuxarı

Sanksiyaların Rusiyaya vurduğu ziyan açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin sonunda Rusiyaya qarşı 62 ölkə tərəfindən 159 sanksiya tətbiq edilib.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya İqtisadi İnkişaf Nazirliyi yayıb. Məlumata görə, 2018-ci ildə Rusiyaya tətbiq olunan sanksiyalar ucbatından Moskvanın itkiləri 6,3 milyard dollar təşkil edib. Moskvaya ən ağır sanksiyaların AB tərəfindən tətbiq edildiyi və ölkənin 2,42 milyard dollar itirdiyi bildirilib. AB 2018-ci il ərzində Rusiyaya qarşı 25 sanksiya tətbiq edib.

Rusiyaya qarşı tətbiq olunan sanksiyaların sayına görə ilk üçlükdə Ukrayna (22) və Hindistan (16) qərarlaşıb. ABŞ siyahıda Belarus və Türkiyədən sonra 6-cı yerdədir.

Sanksiya tətbiqi nəticəsində Rusiyaya ən çox maddi ziyanın AB sanksiyaları ilə bərabər ABŞ və Ukrayna məhdudiyyətlərindən gəldiyi vurğulanıb. Belə ki, ABŞ-ın sanksiyaları sayəsində Rusiyaya 1,17 milyard dollar, Ukraynanın addımları sayəsində isə Moskvaya 775 milyon dollar ziyan dəyib.

2018-ci ildə sanksiyalardan ən çox Rusiyanın metallurgiya sənayesi əziyyət çəkib. Keçən il ərzində Rusiyanın metallurgiya sənayesinə dəyən zərər 3,99 milyard dollara çatıb. Ondan sonrakı yerləri isə kənd təsərrüfatı (1,1 milyard) və kimya sənayesi (640,7 milyon dollar) tutub.

Tarix
2019.02.19 / 11:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla