Yuxarı

Rusiya bu halda nüvə silahından istifadə edəcək - Sivkov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Hərbi Hava Qüvvələrinin hərbi texnikası təchizatı və sayına görə NATO qüvvələrinə yalnız üçüncü ölkə ərazisindəki lokal konflikt şəraitində uğurlu müqavimət göstərmək iqtidarındadır.

Axar.az xəbər verir ki, bu sözlər Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının prezidentinin müavini Konstantin Sivkovun “Hərbi Sənaye Kuryeri” jurnalında dərc olan məqaləsində yer alıb.

“Lokal müharibə şəraitində NATO 2500 təyyarəyə, 1500 vertolyota və 600 pilotsuz uçan aparata qədər qüvvələr qruplaşması yarada bilər. Alyans həmçinin bu konfliktdə 2000 qanadlı raket tətbiq etmək iqtidarındadır. Belə qüvvələr 2-3 həftədən 2 aya qədər hava kampaniyası, eləcə də genişmiqyaslı hava hücum əməliyyatı həyata keçirmək gücünə sahibdir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya hazırda yüngül qırıcılar, uzaq məsafəli təyyarələr və kəşfiyyat aviasiyası, nəqliyyat vertolyotları baxımından çətinlik çəkir. O, qlobal müharibə yaşanacağı halda Rusiyanın NATO-ya alyansın çoxsaylı təyyarələri, vertolyotları ucbatından uzun müddət müqavimət göstərə bilməyəcəyini deyib. Sivkov belə olan halda Rusiyanın yardımına böyük nüvə silahı arsenalının gələcəyini söyləyib.

Hərbi ekspert ordunun dağılması, suverenliyin itirilməsi və ərazi bütövlüyünün pozulması təhdidi yaranacağı halda Rusiyanın nüvə silahından istifadə edəcəyini deyib.

Tarix
2019.02.20 / 09:48
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla