Yuxarı

Türkiyədə güclü zəlzələ: Xalq küçələrə axışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.02.20. 22:38

Türkiyənin Çanaqqala şəhərinin Ayvacıq ərazisində zəlzələ baş verib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ 5 bal gücündə qeydə alınıb.

Zəlzələnin Mərmərə - Egey bölgələri boyunca, İstanbul, Bursa, Balıkəsir, Ədirnə və İzmir şəhərlərində də hiss edildiyi bildirilib.

Zəlzələdən dolayı Çanaqqala sakinləri arasında ciddi təşviş yaşanıb və insanlar küçələrə axın edib.

Ayvacıq səmtinə elektrik enerjisinin verilişi dayandırılıb.

Yeraltı təkanların ən azı 30 saniyə davam etdiyi deyilib.

Qəndilli rəsədxanası isə zəlzələnin maqnitudasının 5,5 gücündə olduğu barədə informasiya yayıb.

Dağıntılar və tələfat barədə hər hansı məlumat verilməyib.

***

Türkiyənin rəsmi qurumları zəlzənin 5 bal gücündə olduğunu bildirib.

Hazırda vətəndaşlar küçələrə axışıb. Bəzi bölgələrdə isə elektrikin kəsildiyi bildirilib.

İstanbul Valiliyi də şəhərdə hər hansı problemin olmadığını bəyan edib.

***

Zəlzələdən sonra Qaziosmanpaşa ərazisində yerləşən 5 mərtəbəli binada çatlar əmələ gəlib.

Bina sakinləri tez bir zamanda polis əməkdaşları və bələdiyyə işçiləri tərəfindən təxliyyə edilib.

Təhlükəsizlik məqsədilə binanın ətrafı lentə alınıb.

Tarix
2019.02.21 / 01:11
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla