Yuxarı

Rusiyanın nəhəng layihəsi azərbaycanlı milyarderə verilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada adı korrupsiya qalmaqalında hallanan Vostoçnıy kosmodromunun inşası üçün Roskosmosun yeni podratçısı milyarder Araz Ağalarovun "Crocus Group" şirkəti ola bilər.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, layihə ilə bağlı "Crocus Group" şirkəti ilə müzakirələr davam etdirilir, lakin Ağalarovun şirkətindən Angara super ağır raketlərinin işə salınması üçün idarəetmə masası hazırlaması istənilir. Layihənin ümumi dəyəri 40 milyard rubldur.

Layihənin tamamlanmasının Ağalarovun şirkətinə verilməsi ideyası əvvəlki podratçı "PSO Kazan"ın tikinti işlərini gecikdirdiyi üçün ortaya çıxıb.

Yeni podratçının 90 faiz ehtimalla Ağalarovun şirkəti olacağı bildirilib. O, bildirib ki, Ural ətrafında bu səviyyədə güclü tikinti şirkəti yoxdur. Mənbənin sözlərinə görə, "Crocus Group" ölkənin şərqində kompleks layihələrin icrasında yüksək təcrübə görmüş yeganə podratçıdır.

Vostoçnıy kosmodromunun tikintisinə 2011-ci ildə başlanılıb və 2015-ci ildə istintaq orqanları tərəfindən tikintidə mənimsəmə və korrupsiya olduğuna dair cinayət işi açılıb. Ötən il baş prokurorluq kosmodromun tikintisində oğurluq həcmini 10 milyard rubl dəyərində qiymətləndirib, 140 cinayət işi başlanıb və 50 nəfər həbs olunub. Bunlar arasında keçmiş podratçı "Pacific Bridge Construction Company" (TMK) şirkətinin rəhbəri İqor Nesterenko və "Dalspetsstroy"un iş icraçısı Yuri Xrziman da var.

Vastoçnidəki problemlər ilk podratçı olan Xüsusi İnşaat Xidmətləri ("Spesstroy") şirkəti ilə müqavilənin ləğvindən sonra başlayıb və Müdafiə Nazirliyi tikinti işlərini öz üzərinə götürüb. Kosmodromun tikintisi ard-arda təxirə düşüb. Baş nazir Dmitri Medvedev layihənin birinci mərhələsinin ötən il başa çatdırılmalı olduğunu, lakin hazırda işlərin sadəcə dörddə bir hissəsinin görüldüyünü deyib.

Tarix
2019.02.21 / 19:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla