Yuxarı

Çin-ABŞ danışıqlarının 7-ci raundu başlayır: nəticə olmasa...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda Çin ilə ABŞ arasında ticarət mübahisələrinə dair danışıqların 7-ci mərhələsi başlayıb.

Axar.az xəbər verir ki, iki gün davam edəcək danışıqlarda ABŞ tərəfindən ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçinin, Çin tərəfindən isə Dövlət Şurası Sədrinin (Baş nazir) müavini Liu Xının rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edir.

Qeyd edək ki, ötən ilin dekabrında Çin və ABŞ dövlət başçılarının görüşündə ticarət mübahisələrinə dair danışıqların davam etdirilməsi barədə razılıq əldə olunmuşdu. ABŞ tərəfi həmin görüşdən sonra Çin məhsullarına yanvarın 1-dən planlaşdırılan vergi artımını martın 2-nə qədər təxirə saldığını açıqlamışdı. Əgər danışıqlar müsbət nəticə verməsə, Birləşmiş Ştatlar 200 milyard dollar dəyərində Çin məhsullarına 25 faizlik əlavə idxal rüsumları tətbiq edəcək. Güman olunur ki, ABŞ-ın müəyyən etdiyi son gün danışıqların davam etdirilməsi üçün uzadıla bilər.

Tərəflərin fevralın 13-14-də Pekində keçirdikləri sonuncu danışıqlarda yekun nəticə əldə olunmamışdı.

Tarix
2019.02.22 / 01:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla