Yuxarı

Nazarbayevdən möhtəşəm gediş: milli oyanış... - Politoloq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazarbayev son vaxtlar əlindən gələni edir ki, Rusiyadan asılı olmasın. Doğru da edir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Nazarbayev son çıxışlarında türkçülükdən və türk etnosunun böyüklüyündən çox danışır, gənclərə bununla bağlı öyüd-nəsihət verir:

“Nazarbayev sanki bununla əlaqədar bir neçə il əvvəl “vaxtilə Qazaxıstan adlı dövlət olmayıb” deyən rusiyalı həmkarı Putinə mesaj göndərir ki, biz böyük xalqıq”.

Politoloq vurğulayıb ki, Nazarbayevin bugünlərdə hökuməti istefaya göndərməsi də Kremldə bu sualı gündəmə gətirib:

“Nazarbayev nə etmək istəyir, beynindəki plan nədən ibarətdir?” Məsələ burasındadır ki, yaşlı Nazarbayev özünə varis seçməlidir və Kreml ehtiyat edir ki, bu seçim Rusiyanın maraqlarına uyğun olmaya da bilər. Nazarbayevin son qərarı da diqqəti çəkir. Qazaxıstanın milli pul vahidinin üzərindən rus dilindəki yazılar çıxarılıb. O biri tərəfdən Nazarbayev dönə-dönə deyir ki, qazaxlar 3 dildə danışmağı bacarmalıdırlar: qazax, rus və ingilis. Halbuki, əvvəllər yalnız iki dilin vacibliyindən danışılırdı. Nazarbayev hökumətin və parlamentin iclaslarının qazax dilində aparılması tələbini də qoyub. Bir sözlə, Nazarbayevin başçılığı ilə Qazaxıstanda milli oyanış prosesi gedir".

Tarix
2019.02.23 / 01:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla