Tacikistan böyük faciədən döndü
18:49
Ana səhifə Planet |
Gürcü Arzusu Partiyasından deputat Eka Beseliyadan sonra daha bir neçə nəfər çıxarılıb.
Axar.az xəbər verir ki, bu barədə İPN agentliyi məlumat yayıb. Partiyadan qovulanlar arasında deputat Otar Çrdileli və digər daha bir neçə deputatın olduğu vurğulanıb. Onların hamısı partiyadan Beseliyanın müəllifi olduğu hakimlərin təyinatının müvəqqəti dayandırılması haqqında qanun layihəsini dəstəkləməsinə görə qovulublar.
Qeyd edək ki, Gürcü Arzusu Partiyasının təsisçilərindən olan Eka Beseliya dünən partiyadan ayrıldığını bildirib. Buna səbəb Beseliyanın 8 deputatla birgə hazırladığı qanun layihəsi olub. Parlamentdəki səsvermə zamanı isə qanun layihəsini ümumilikdə 15 deputat dəstəkləyib.
Tarix
2019.02.23 / 11:00
|
Müəllif
İlkin Həsənov
|