Yuxarı

Qətər əmiri Misirdəki kritik sammitdən imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər əmiri Təmim bin Həməd əs-Sani Avropa Birliyi ilə Ərəb Ölkələri Liqası arasında Misirdə baş tutacaq sammitə qatılmayacaq.

Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb. Məlumata görə, Sani görüşdə Qahirənin beynəlxalq protokol qaydalarını pozması ucbatından iştirak etməyəcək.

“Qətər Ərəb Ölkələri Liqası-Avropa Birliyi sammitinə dəvət edilib. Misir hakimiyyətinin dəvətdən öz məqsədlərinə çatmaq üçün istifadə etməsindən təəccüblənmirik. Misirin dəvətində yer alan dil və format beynəlxalq protokolu pozur”, - Qətər XİN-dəki mənbə bildirib.

Agentlik digər ərəb ölkələrindən fərqli olaraq, Qətərə göndərilən dəvətin ölkə əmirinin adına ünvanlanmadığını bildirib. Üstəlik, dəvət Qətərin Ərəb Ölkələri Liqasındakı Daimi Nümayəndəliyi yerinə Qətərin Yunanıstandakı Səfirliyinə göndərilib.

Qeyd edək ki, AB-Ərəb Ölkələri Liqası konfransı fevralın 24-də Şarm əş-Şeyx şəhərində start götürəcək.

Tarix
2019.02.23 / 12:28
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla