Yuxarı

Miqrantlar artıq Rusiyaya getmir – Yeni statistika

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya gələn miqrantların sayı 2005-ci ildə bu yana ən aşağı səviyyəyə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Statistika Xidməti məlumat yayıb.

Belə ki, keçən il ölkəyə gələn miqrantların sayı 124,9 min nəfər olub. 2017-ci illə müqayisədə 2018-ci ildə miqrasiya artımı 41% və ya 87 min nəfər azalıb.

Son 10 ildə ilk dəfə ölkəyə gələn miqrantların sayı təbii azalmanı kompensasiya edə bilməyib. Belə ki, keçən il ölkədəki əhalinin sayı 93,5 min nəfər azalıb.

2018-ci ildə Rusiyaya gələn xaricilərin sayı 4% azalıb, Rusiyadan gedənlərin sayı isə 17% artıb. Ötən il Rusiyaya ən çox miqrant Tacikistandan gəlib. Rusiyaya gələn hər dörd miqrantdan biri tacik olub. Tacikistandan sonrakı yerləri Qazaxıstan və Ukrayna tutub.

Qeyd edək ki, Rusiyaya 2014-ci ildən bu yana ən çox miqrant Ukraynadan daxil olub.

Tarix
2019.02.23 / 17:16
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla