Yuxarı

Paşinyan buna görə rekorda imza atıb - Şarmazanov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müxalifətdə olan Respublikaçılar Partiyasının mətbuat katibi, parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov deyib ki, bu ölkənin Baş naziri Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb.

Axar.az xəbər verir ki, Şarmazanov keçirdiyi mətbuat konfransında baş nazirin son bəyanatlarını şərh edib. Onun sözlərinə görə, əvvəllər jurnalist və deputat olan Paşinyan iqtidarı vədlərini yerinə yetirməməkdə və bir-birinə zidd bəyanatlar verməkdə günahlandırırdı.

“Məlum olur ki, hakimiyyətə gəldikdən sonra Nikol bu göstəricilər üzrə bütün rekordları təzələyib. Həmin vaxtlarda o, Avrasiya İqtisadi Birliyindən çıxmağa çağırırdı, indi isə tam əksini söyləyir. Baş nazir ötən ilin yayında bəyan etdi ki, ölkədə korrupsiya yoxdur, indi isə bunun tərsini iddia edir. Bundan başqa, Paşinyan bildirib ki, 2008-ci ilin mart hadisələrinin üstü açılıb, lakin bugünədək heç bir məlumat yoxdur”, - deyə Şarmazanov vurğulayıb.

Müxalifət nümayəndəsi Paşinyana Mahatma Qandinin sözlərini xatırladıb:

“Xoşbəxtlik odur ki, sənin sözün, əməllərin və düşüncələrin ahəngdar olur”.

O əlavə edib ki, baş nazir respublikanın yollarında qırmızı xətlərin və kameraların yığışdırılması, qazın qiymətlərinin azaldılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yeni erməni baş katibin təyinatı, sürətli iqtisadi inkişaf haqqında vədlərini yalnız “sehrli çubuğun köməyi ilə” həyata keçirə bilər.

Tarix
2019.02.23 / 19:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla