Yuxarı

Oğlu yemək yemədi, atası polis çağırdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adanada 6 ay əvvəl talassemiya xəstəliyinə tutulan 4 yaşındakı Yağıq Ulduz yemək yeməyib, dərmanlarını içmədiyi üçün atası Adana Qubernatorluğuna müraciət edib.

Adanalı 4 yaşındakı Yağıq Ulduz bu il iyunun 15-də yüksək hərarətlə xəstəxanaya aparılıb. Uşağın 36 yaşlı atası Sait Ulduz tərəfindən xəstəxanaya aparılan uşağa infeksiya düşdüyü bildirilsə də, sonradan onun talassemiya xəstəliyinə yoluxduğu bildirilib. O gündən bəri həyatdan küsən Yağıq Ulduz yemək yeməkdən, dərman atmaqdan imtina edib.

"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, övladına necə yemək yedirtmək barədə fikirləşən ata bunun çarəsini polislərdə görüb. Belə ki, övladının "Arka sokaklar" serialına olan sevgisini görüncə, tam fərqli hərəkət etmək qərarına gəlib. Polislərə olan sevgisinə görə övladının yemək yeyəcəyini düşünən ata Adana Polis İdarəsinə müraciət edib. İdarənin rəisi olan Hüseyn Ovu Coş əməkdaşlarını dərhal hadisə yerinə göndərib.

Polislərin evə gəldiyini görən Ulduz hədsiz xoşbəxt olduğundan nahar etməyə razılıq verib. Belə ki, gələn iki polisdən biri Ulduza çay, digəri yemək yedirib. Nahardan sonra isə Ulduz ilk dəfə dərmanlarını qəbul edib.

Qeyd edək ki, polislər bu vəziyyəti hər gün təkrarlayır. Hər şey isə Ulduzun həyatda qalması, yenidən sağalması üçündür.

Uşağın atası bildirib ki, polislərə müraciət edərkən onların gələcəyini gözləmirmiş. İndi isə ən böyük istəyi odur ki, "Arka sokaklar" serialının qəhrəmanları oğlunu ziyarət etsin: "Əminəm ki, onların gəlişi oğlumu tamamilə sağalda bilər".

Qeyd edək ki, hazırda 4 yaşlı Ulduz sağalmaq üçün ona veriləcək qan donorunu gözləyir.

Tarix
2013.12.07 / 02:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla