Yuxarı

Jirinovski sülaləsi: 51 villa, 150 milyon dollar və otellər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jirinovski sülaləsi: 51 villa, 150 milyon dollar və otellər

Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin 51 daşınmaz əmlakı var.

Axar.az xəbər verir ki, bu, “Proekt.media” saytının apardığı tədqiqatdan sonra ortaya çıxıb. Məlumata görə, bu daşınmaz əmlakların qiyməti 150 milyon dollar dəyərindədir.

Jirinovski bu daşınmaz əmlaklarının böyük hissəsi həyat yoldaşı və oğlu İqor Lebedevin adına rəsmiləşdirib. Bununla bərabər, Jirinovski əmlakının bir hissəsini qardaşı oğlu Pavel Jirinovski, qohumu olan deputat Aleksandr Balberov, nikahdankənar oğlu Oleq Eydelşteynin anası Janna Qazdarovun, bacısı Vera Jirinovskinin adına keçirib. Jirinovskinin həmçinin İspaniyada otellər, Kremlin qarşısında hostel sahibi olduğu vurğulanıb.

Bununla bərabər, Liberal Demokrat Partiyasının mandat alveri ilə də məşğul olduğu ortaya çıxıb. Belə ki, partiyanın Dumaya düşən deputatlarının bir hissəsinin mandat almaq üçün pul verdiyi, başqa bir hissəsinin Kreml tərəfindən təyin olunduğu, digər hissəsinin isə Jirnovskinin keçmiş köməkçiləri olduğu bildirilib. Jirinovskinin deputat olmaq istəyənlərə mandatı 200-500 milyon rubla satdığı açıqlanıb.

Bu pulların isə partiyanın Gənclər Fonduna ianə formasında keçirdiyi bəlli olub.

Tarix
2019.03.01 / 16:41
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla