Yuxarı

Qonşuda siqaretlərin nişanlanmasına başlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qonşuda siqaretlərin nişanlanmasına başlanıldı

Rusiyada siqaret və papirosların rəqəmlər vasitəsilə nişanlanmasına başlanılıb.

Axar.az xəbər verir ki, rəqəmli kodlarla işarələnmiş məhsullar mağazalarda dərhal kütləvi şəkildə müşahidə edilməyəcək. Məcburi işarələnmənin tətbiqindən əvvəl istehsal edilmiş siqaretlərin bazarda 2020-ci ilin iyul ayına qədər sərbəst dövr etmək müddəti var.

Həmçinin Rusiyada ətirlərin, fotokameraların, avtomobil təkərlərinin, eləcə də bəzi geyim əşyalarının işarələnməsi ilə bağlı pilot layihələrin həyata keçirilməsinə başlanacaq. Bu malların nişanlanması üzrə eksperimentlər noyabr ayının sonuna qədər davam edəcək. Əgər sınaq uğurla başa çatarsa, qeyd edilən malların nişanlanması 2019-cu il dekabr ayının 1-dən məcburi olacaq.

Hökumətin planlarına əsasən, 2024-cü ilədək Rusiyada bütün istehlak mallarının nişanlanmasına keçiləcək. Hökumət bununla vergi qaçaqmalçılığının qarşısının əhəmiyyətli şəkildə alınacağına ümid edir.

Tarix
2019.03.04 / 19:26
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla