Yuxarı

Ötən ilin əsas kibertəhdidləri - Hesabat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ötən ilin əsas kibertəhdidləri - Hesabat

“Mikrosoft” korporasiyası “bulud” servislərindən keçən 6,5 trilyondan çox siqnalı təhlil edərək kibertəhdidlər haqqında hesabat açıqlayıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, tədqiqata görə, 2018-ci ildə dünyada fişinq hücumlarının sayında 350 faizdən çox artım qeydə alınıb. Orta aylıq fişinq göstəricisi 0,14 faizdən (aylıq 644 milyon məktub) 0,49 faizədək (2,254 milyard) yüksəlib. Korporasiya nümayəndələrinin fikrincə, bu tendensiya gələcəkdə də davam edəcək, çünki cinayət əməlləri texniki boşluqların deyil, insan zəifliyinin axtarışına yönəlib.

Fırıldaqçı virusların sayının 73 faiz azalmasını bildirən “Mikrosoft” analitikləri qeyd ediblər ki, cinayətkarlar bu nəzərəçarpacaq metoddan daha gizli hücumlara keçiblər. Buna səbəb isə istifadəçilərin təhlükələrə daha düzgün reaksiya verməyə başlamasıdır: cinayətkarlara pul ödəməkdə imtina edirlər, məlumatların ehtiyat nüsxəsini tətbiq edirlər.

Ötən il fırıldaqçı viruslar orta aylıq hücumların sayında kriptovalyuta istehsalından geri qalıb (0,12 faizə nisbətdə 0,05 faiz). Cinayətkarlar tərəfindən rəqəmli valyutaların gizli istehsalı üçün proqramların aktiv tətbiqinə və kriptovalyutaların generasiyası üçün qurbanların kompüterlərinin hesablama gücündən istifadəyə başlanılıb. Müdaxilə təkcə sistemin məhsuldarlığını azaltmır, eyni zamanda, daha böyük ziyan vurur.

Kriptovalyuta istehsalı virusları ilə daha çox qarşılaşan ölkələr siyahısına Efiopiya (5,58 faiz), Tanzaniya (1,83 faiz) və Pakistan (1,47 faiz) daxildir.

Tarix
2019.03.04 / 22:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla