Yuxarı

Statistika açıqlandı: Nikolun Tehranda yalan dediyi üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Statistika açıqlandı: Nikolun Tehranda yalan dediyi üzə çıxdı

Ermənistana gələn iranlı turistlərin sayı kəskin şəkildə azalıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, 2017-ci illə müqayisədə keçən il Ermənistana gələn iranlı turistlərin sayı 44,3% azalıb.

İranlı turistlərin artıq Ermənistan əvəzinə daha sərfəli olan Gürcüstana üstünlük verdikləri bildirilib.

“Bununla belə, kəskin artımın Türkiyədən olan turistlərin sayında qeydə alındığı açıqlanıb. Bu ölkədən Ermənistana gələn turistlərin sayı 76,7% artıb. Doğrudur, bu faiz əslində böyük rəqəm kimi görünə bilər, amma əslində söhbət xeyli kiçik saydan gedir. Türkiyə ilə bərabər Rusiyadan Ermənistana gələnlərin sayı 20,5% artıb”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, bir müddət öncə İrana səfər edən Ermənistan Baş naziri Nikol Paşinyan iki ölkə arasında turizm sahəsində əlaqələrin yüksək inkişaf etdiyini və Ermənistana gələn iranlı turistlərin sayının artdığını demişdi.

Tarix
2019.03.06 / 11:28
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla