Yuxarı

Rusiyadan Ermənistanda əsgərinin vurulmasına - Reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan Ermənistanda əsgərinin vurulmasına - Reaksiya

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasında qulluq edən Şimali Qafqaz mənşəli 22 yaşlı əsgər bir kafedə ermənilərlə mübahisə zəminində iti alətlə kürəyindən vurulub və xəstəxanaya aparılıb. Hazırda onun hərbi bazanın hospitalında müalicə olunduğu bildirilir.

Axar.az xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin insidentə münasibət bildirərək deyib:

“Bu, istintaqın işidir, biz isə bu faciəli hadisə ilə bağlı təhqiqatın obyektiv və hərtərəfli aparılacağına ümid edirik”.

Rusiyalı diplomat əlavə edib ki, ermənilərin əsas hissəsi rus hərbçilərinə müsbət münasibət göstərir, burada hərbi bazanın yerləşməsi isə bu ölkənin təhlükəsizliyi üçün mühümdür. Bununla yanaşı, Kopırkin Ermənistanda rus hərbi bazasının yerləşməsinin əleyhinə olanların da mövcudluğunu qeyd edib.

“Belə adamlara rast gəlinir və onlar Ermənistanın hüdudlarından kənarda da var”, - diplomat qeyd edib.

Səfirin sözlərinə görə, ruslar və ermənilər arasında meydana çıxan problemlər həllini tapır.

Rusiyanın 102-ci hərbi bazası MDB-nin Hava Hücumundan Müdafiə Qüvvələrinin vahid sistemi çərçivəsində Ermənistanın şimalındakı Gümrü şəhərində yerləşdirilib. İki ölkənin razılaşması əsasında hərbi bazanın burada dislokasiya müddəti 2044-cü ilədək uzadılıb. Qeyd olunur ki, bu insident rus hərbçiləri ilə yerli əhali arasında baş verən qalmaqallardan növbəti biridir. Əvvəllər də burada bir neçə ölüm və yaralanma halları ilə nəticələn hadisələr baş verib.

Tarix
2019.03.09 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla