Yuxarı

Şiə lideri bütün dünyaya müraciət etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şiə lideri bütün dünyaya müraciət etdi

İranın tanınmış dini liderlərindən sayılan Ayətullah Nasir Məkarim Şirazi İŞİD haqqında fikirlərini bölüşüb.

Axar.az xəbər verir ki, dini lider İŞİD-in islamla heç bir əlaqəsi olmadığını deyib:

"İŞİD kimi radikal qruplaşmaların islam dini ilə heç bir əlaqəsi ola bilməz".

Qum şəhərində keçirilən beynəlxalq "İslam alimlərinin radikal ünsürlərə baxışı" adlı konfransda danışan Şirazi bütün müsəlman alimlərinə və dünya müsəlmanlarına çağırış edib:

"Hansı məzhəbdən olursa olsun, bütün islam alimlərinin radikal və azğın qruplaşmalara qarşı birləşməyi vacibdir. Bu konfransın əsas məğzi də budur. Əgər burada bir yerə toplaşmışıqsa, deməli məzhəb fərqini bir kənara qoymalıyıq".

İŞİD ilə mübarizədə təkcə siyasi və hərbi yolla qalib gəlməyin mümkünsüz olduğunu deyən şiə lider ideoloji müharibənin də aparılmasını vacib sayıb.

Xatırladaq ki, Bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin də qatıldığı Qum şəhərində davam edən konfransda 83 ölkədən təxminən 300 dini lider iştirak edir.

Tarix
2014.11.24 / 01:26
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla