Yuxarı

İntim kaset qalmaqalı Türkiyəni çalxalayır - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

AKP ilə dindar çevrələr arasındakı davaya kaset mübahisələri damğa vurub. Yaxşı bəs bu kasetlər kimdədir?

Yazar Əli Önər Türkiyədə hələ də çoxlu kaset olduğunu deyib. Ancaq ən qəribə iddia MHP-dən millət vəkili Lütfi Türkqandan gəlib. Türkiyə siyasət tarixinin indi ən çirkin dövrünü yaşadığını deyən Türkqan MHP-li millər vəkillərinin kasetlərinin çıxdığı vaxtda AKP-li bir nazirlə aralarında baş tutan dialoqdan danışıb. Millət vəkilinin dediyinə görə, MHP-liləri çəkən kameralar AKP-liləri çəksəydi, onlar heç məclisə gələ bilməzdilər.

"CNN Türk" kanalında "Ne Oluyor?" proqramına qonaq olan Sayğı Öztürk, Lütfi Türkqan, Əli Önər və Altan Tan "Tərəf" qəzetinin yazdığı iddialarla AKP və dindar çevrələr arasındakı mübahisələri müzakirə ediblər.

İşin içində iqtidarla Gülən var

Türkiyə kəşfiyyatında İranın vacib fiqur olduğunu deyən Əli Önər iddiasında qeyd edib:

"Hakan Fidan MİT-in (Milli Kəşfiyyat Təşkilatı) başına keçdikdən sonra Mossadın ondan narazı olduğu haqda xəbərlər yayıldı. Mossad niyə Hakandan narazı idi? Bizim kəşfiyyatımıza hər zaman ingilislər, almanlar və amerikalıların təsiri olublar. Kasetlərə gəlincə, bu sadəcə hökumətin, Fətullah Gülənin işi deyil, indi bir çox qruplar var ki, onlar vaxtında insanları izləyiblər, bu üzdən də çoxlu kaset var. Mübahisələr də məhz bu kasetlərin üstündə gedir. İşin içində iqtidar, Gülən, eyni zamanda dövlətin içində əvvəllər "kamalist" deyə tanınan bəzi qəyyumçu qruplar var. Bunlar dövlətin içindən tamamilə təmizlənməyib".

Ən qəribə iddianın sahibi MHP-li Lütfi Türkqan da çox kasetin olduğunu və bu kasetlərin əl-əl gəzdiyini deyib. Millət vəkili onu da vurğulayıb ki, MHP bu siyasətə alət olmayacaq. Türkqan bütün bunların ləkə olduğunu dilə gətirərək bildirib ki, "Türkiyə siyasəti 1923-cü ildən indiyədək bu qədər murdarlığa alət olmamışdı".

Tarix
2013.12.07 / 15:03
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla