Yuxarı

Paşinyan prezidentə “Çinar”da “erməni yeməklərini” tanıtdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstan Prezidenti Salome Zurabişvilinin şərəfinə dünən İrəvanda ziyafət verib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” yayıb. Məlumata görə, ziyafətdə 21 nəfər iştirak edib. Agentlik baş nazirin Zurabişvilinin şərəfinə təşkil etdirdiyi ziyafətdə guya onu erməni yeməkləriylə tanış etdiyini bildirib.

Məsələ odur ki, Paşinyan İrəvanda Zurabişvilini “Çinar” restoranına dəvət edib. Üstəlik, bu restoranda Zurabişvili üçün açılan masada imambayıldı, humus, pendirlərdən assorti, yarpaq, kələm və pomidor dolması, sobada bişmiş dana əti yer alıb. Agentliyin açıqlamasına görə, Zurabişvili üçün hazırlatdırılan yeməklər arasında yarpaq dolması prezidentin daha çox xoşuna gəlib.

Siyahıda yer alan imambayıldı türk mətbəxinin məhsulu kimi tanınır, amma Ermənistanda da bu yeməkdən istifadə edilir. Humusa gəlincə isə bu, daha çox yəhudi və ərəb mətbəxinə aiddir.

Dolma haqda isə geniş danışmağa ehtiyac yoxdur. Ermənilər 100 ildir torpağımız kimi, dolmamızı da yemək və mənimsəməklə məşğuldur.

Tarix
2019.03.14 / 13:19
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla