Ana səhifə Planet |
14:21
Ermənistan paytaxtının mərkəzindəki ticarət obyektlərinin sökülməsinə etiraz edən şəhər sakinləri mərkəzi yolu bağlayıblar. İrəvan Opera və Balet Teatrının qarşına toplaşanlarla polis arasında baş verən qarşıdurmada 4 paytaxt sakini həbs edilib.
Axar.az xəbər verir ki, həbs edilən aksiya iştirakçılarına qarşı inzibati məcəlləyə uyğun olaraq polisin göstərişlərinə əməl etməmək və qanun keşikçilərinə müqavimət göstərmək maddəsi ilə minimum əməkhaqqının 50 mislinədək cərimə cəzası tətbiq olunub.
Etiraz aksiyasının iştirakçıları bildiriblər ki, ticarət obyektlərinin sökülməsi onlarla insanın işsiz qalmasına və buradakı kafelərə qoyulan vəsaitin batmasına səbəb olacaq.
***
Kafe əməkdaşları obyektlərin söküldüyü Azadlıq meydanına qayıdıblar.
Nyus.am-ın məlumatına görə, əməkdaşlar “Siz kimsiniz? Siz əvvəlkilərdən nə ilə fərqlənirsiniz? Hanı hökumət başçısı?” deyə qışqırırlar.
Sökülən obyektlərin nümayəndələri merlə görüş tələb etsələr də, İrəvan meriyasından etirazçıların önünə heç kim çıxmayıb. Yalnız az öncə rayon İH-nin təmsilçisi etirazçılarla görüşə gəlib.
Son məlumata görə, aksiyada iştirak edənlərdən 16 nəfər "polisin qanuni tələbinə tabe olmama" maddəsi ilə saxlanılaraq, polis idarəsinə aparılıb.
***
Azadlıq meydanında da polislə etirazçılar arasında toqquşma baş verib.
Polisin məlumatına görə, toqquşma etirazçılardan birinin polisi vurması nəticəsində yaşanıb.
Tarix
2019.03.14 / 16:32
|
Müəllif
Axar.az
|