Yuxarı

Avropa ölkəsində 20 mindən çox şagird hərəkata qoşuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 15-də dünyanın yüzdən çox ölkəsinin iki mindən artıq şəhərində şagirdlər iqlim siyasətinə qarşı nümayişə çıxıblar. Avstriyada isə ümumilikdə 20 mindən çox məktəbli bu hərəkata qoşulub.

Axar.az xəbər verir ki, Vyana şəhərində əllərində “Ətraf mühit bizim gələcəyimizdir!”, “İqlimi deyil, sistemi dəyişin!”, “Emissiyalara vergi tətbiq edilsin!” şüarları ilə şəhərin mərkəzi küçələrinə çıxan on mindən artıq şagird digər ölkələrdəki məktəblilərlə həmrəy olduqlarını nümayiş etdiriblər.

“Cümə günləri gələcək naminə” adı altında təşkil edilən bu aksiya dünyada şagirdlərin iqlim böhranına qarşı ilk böyük etiraz yürüşüdür. Argentinadan Avstraliyaya kimi dünyanın 123 ölkəsində təşkil olunan aksiyalarda 2052 şəhərdən şagirdlər iştirak ediblər.

Qeyd edək ki, ümumdünya şagird hərəkatının kökündə isveçli iqlim aktivisti Qreta Tunberqin fəaliyyəti dayanır. İqlim dəyişikliyinə qarşı təkbaşına mübarizə aparan 16 yaşlı məktəbli ötən ilin avqust ayından etibarən hər həftənin cümə günü Stokholmda ölkə parlamenti qarşısında ölkəsinin daha yaxşı iqlim siyasəti üçün nümayiş keçirir. Ötən həftələrdə Q.Tunberq beynəlxalq iqlim müdafiəsi hərəkatının əsas simasına çevrilib, müxtəlif ölkələrdəki məktəblilər onun nümunəsi əsasında nümayişlər keçiriblər.

Tarix
2019.03.15 / 23:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla