Yuxarı

Feysbuk və Yutub Yeni Zelandiya terrorunun videolarını silir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyada məsciddə törədilən terror aktının videogörüntüləri Feysbuk sosial şəbəkəsindən pozulub.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsinin Yeni Zelandiyadakı nümayəndəsi Mia Harlik deyib.

“Video Feysbuk sosial şəbəkəsində peyda olduqdan dərhal sonra Yeni Zelandiya polisi bu barədə bizi məlumatlandırıb və biz təxirə salınmadan Brenton Tarrantın Feysbuk və İnstaqram akkauntlarını, həmçinin həmin videoları pozmuşuq”, - deyə o bildirib.

“Tvitter sosial şəbəkəsi də, həmçinin atıcının akkauntunu bağlayıb və terror aktının videosunu pozmaq üçün tədbirlər görür. Quql kompaniyası nümayəndəsinin sözlərinə görə, onlar videonun Yutub videohostinqindən tam silinməsi üçün çalışırlar. Bir qədər əvvəl Yeni Zelandiya polisi Kraystçerç şəhərindəki məscidə hücumda ittiham olunan avstraliyalı Brenton Tarrant tərəfindən çəkilən videonu yaymamaq xahişi ilə internet istifadəçilərinə müraciət etmişdi.

Xatırladaq ki, bu gün cümə namazı vaxtı Yeni Zelandiyanın Kraystçerç şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə silahlı hücum edilib. Son məlumata əsasən, terror aktı nəticəsində azı 49 nəfər həlak olub, 48 nəfər isə yaralanıb.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern hadisəni ölkə tarixinin ən qara günlərindən biri adlandırıb.

Tarix
2019.03.16 / 00:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla