Yuxarı

Dünya mediası müsəlmanların qatilini “mələk” adlandırdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın aparıcı media orqanları Yeni Zelandiyada 49 nəfərin qətlə yetirilməsini terror hadisəsi hesab etməyib.

Axar.az xəbər verir ki, BBC 49 müsəlmanın öldürülməsi ilə nəticələnən terroru “silahlı hücum” və ya “Yeni Zelandiyada məscidə hücum” başlıqları ilə tirajlayıb.

2017-ci il martın 22-də Londonda 6 nəfərin öldürüldüyü hadisəni terror adlandıran BBC 49 müsəlmanın öldürülməsini hücum adlandırmaqla kifayətlənib.

İranın Londondakı səfiri Həmid Bəidnejad BBC-nin bu münasibətinə sərt reaksiya göstərib:

“BBC-nin rəhbərləri üçün Londonda bıçaqlı hücum terror sayılır, ancaq Yeni Zelandiyadakı qətliam sadəcə bir hücumdur”.

Pakistan İnsan Hüquqları naziri Şirin Mezari də Tvitter hesabında yazaraq BBC-ni tənqid edib:

“Hazırda BBC-ni izləyirəm və Avstraliyadakı BBC müxbirinin Yeni Zelandiyadakı teraktla bağlı xəbərində “terror” ifadəsini işlətməməsinə görə şokdayam. Bunun əvəzinə “kütləvi öldürmə” deyirlər. İyrəncdir. Terakt olduğu bu qədər açıq-aydın göründüyü halda niyə “terror” sözünü deməkdən qaçırlar?”

BBC-nin keçmiş redaktorlarından olan Rifat Javaid də qurumun qatili terrorçu adlandırmamasına görə xəyal qırıqlığına uğradığını yazıb.

İngiltərənin “Deyli Mirror” qəzeti də hücumu “məscidlərdə qətliam” başlığı ilə dərc edib. Qəzet ilk səhifəsində teraktı törədən Brenton Tarrantın atasının qucağındakı uşaqlıq fotosunu paylaşaraq, “şeytani sağ radikal qətliamçısına çevrilən mələk uşaq” sözlərini yazıb. Qəzet sözügedən xəbərdə terrorçunun uşaqlar üçün pulsuz idman məşqləri həyata keçirən sevimli məşqçi olduğunu və son illərdə etdiyi səyahətlərə görə bəzi şeylərin onu dəyişdirdiyini bildirib.

“Deyli Mirror”un xəbərinə sosial şəbəkə istifadəçiləri etiraz edərək “utanverici”, “qorxunc”, “biabırçı qəzet, biabırçı redaktorlar” sözlərini yazıblar. Mət Vein adlı istifadəçi müsəlmanların qatilinin uşaqlıq fotosunu paylaşaraq ona mələk deyən media orqanının ABŞ-da gecə klubunda terakt törədən şəxsi "İŞİD-çi manyak" adlandırmasına diqqət çəkib.

Fransanın tanınmış “Le Fiqaro” və “Le Parisien” qəzetləri də müsəlmanların qətlini “terror” adlandırmayıb.

Qeyd edək ki, dünən cümə namazı vaxtı Yeni Zelandiyanın Kraystçerç şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə silahlı hücum edilib. Terror aktı nəticəsində 49 nəfər həlak olub, 48 nəfər isə yaralanıb.

Tarix
2019.03.16 / 21:36
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla