Yuxarı

Səddam soyqırım silahını haradan almışdı? - Zərif açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq İraq lideri Səddam Hüseyin Hələbcə qətliamını Qərb ölkələrindən aldığı kimyəvi silahlarla gerçəkləşdirib.

Axar.az xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Cavad Zərif qətliamın 31-ci ili ilə bağlı Tvitterdəki paylaşımında yazıb. O, Qərb ölkərinin Hələbcədəki kimyəvi qətliamı əvvəlcə inkar etdiyini, daha sonra isə İranı günahlandırdıqlarını bildirib:

“Qərb ölkələri özlərinin istehsalı olan silahlardan istifadə edərək bu qətliamı həyata keçirdilər, həqiqət bəlli olandan sonra susmağı üstün tutdular. Qərb 31 il əvvəlki Hələbcə və Sərdəştdəki vəhşi hücumu unutmaq istəyə bilər, ancaq nə biz bu qətliamı unudalıq, nə də kürd qardaşlarımız”.

Qeyd edək ki, Hələbcə qətliamı İran-İraq müharibəsi zamanı İrana dəstək verən kürdləri cəzalandırmaq məqsədilə İraq lideri Səddam Hüseynin əmrilə İraqın şimalında kürdlərin yaşadığı Hələbcə şəhərinin əhalisinə qarşı 1988-ci il 16-17 mart tarixlərində həyata keçirilmiş kimyəvi silah hücumudur. Hücum zamanı iprit, zarin, tabun və VX qazından istifadə edilib. Bəzi mənbələrdə 7 minədək insanın öldüyü, həmçinin 20 minə yaxın insanın müxtəlif xəsarətlər aldığı yazılsa da, digər mənbələrdə 5000 nəfərin öldüyü, 11000 nəfərin xəsarət aldığı qeyd edilib.

Tarix
2019.03.17 / 09:30
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla