Yuxarı

Ərdoğanın bir milyardlıq ordusu toplanacaq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam dünyasının Liviyadan tutmuş Misir və Suriyaya qədər qan gölünə çevirən xaçlı terroru, görünür, indi də gözünü dünyanın müxtəlif nöqtələrində yaşayan islam cəmiyyətlərinə dikib.

Dünyadakı 1 milyarddan artıq müsəlman ötən cümədən bu yana Yeni Zelandiyadakı terror hücumu barədə danışır. Hücumun qurbanlarının irqləri əslində islam dünyasının bütünlükdə hədəfdə olduğunun əsl sübutudur! Qətlə yetirilənlər arasında hindli müsəlmanlardan tutmuş İordaniya, Hicaz və pakistanlılara qədər, geniş bir coğrafiyanın nümayəndələri vardı.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin “Yeni Akit” nəşrinin köşə yazarı Fəxrəddin Dədə Yeni Zelandiyada baş verən dəhşətli terror aktına həsr olunmuş köşəsində qeyd edib.

Köşədən bəzi parçaları təqdim edirik:

Kafirlə vuruşmağı gözə alan müsəlmanlar

İki məscidə hücum edən terrorçu Brenton Tarrant xaçlı dünyasının zehin kodlarını bütünlükdə bir daha nümayiş etdirib. Tarrantın silahına yazdığı ifadələrdə türk və islam düşmənçiliyindən başqa bir şey yoxdur!

Ustad İsmət Özəlin dediyi kimi: “Kafirlə vuruşmağı gözə alan müsəlmana türk deyilir!”

Ya da millətçi özünə inamını geri qaytarmaq istəyənlər üçün bunu deyək: “Türk olmaq çətindir, çünki dünya ilə vuruşarsan. Türk olmamaq daha çətindir, çünki türklərə qarşı vuruşarsan”.

“Bir türk xaqanı kimi Ərdoğan hədəfdədir!”

Terrorçunun hədəfindəki şəxslərin başında Prezident Rəcəb Tayyib Ərdoğan gəlir. Ərdoğanı hədəfə çevirən Türkiyə Cümhuriyyəti dövlətini dünyanın mərkəzinə bir daha yerləşdirməsi, eynilə Mete xan kimi, Fateh Sultan Mehmet kimi millətinə xaqanlıq etməsi, “qızıl alma”nı Rəbiə ilə birləşdirərək millətin zehninə yenidən qaytarmasıdır. Daha artığı isə Fələstindən Misirə qədər bütün dünya müsəlmanlarının dərdinə dərman axtarmasıdır.

Qərb zərərli çıxacaq

“Məsciddə qətliam törədən terrorçu səhər yeməyində ürək yediyi üçün törətmədi bu cinayəti... Xüsusən ABŞ və Avropa ölkələrində sistemli şəkildə qurulan islamafobiyanın nəticəsi olaraq bu qətliam həyata keçirildi!

Anlaşılmaz məqam budur: Qərb terrorçu Tarrant kimi birinin əlinə silah verib müsəlmanların qarşısına çıxarır, ancaq islam dünyasında nələr danışıldığını heçmi hesablamır? Bu qətliam islam dünyasının xalqlarını terrorçunun hədəf seçdiyi Ərdoğan və Türkiyənin arxasında birləşdirməkdən başqa bir işə yaramaz. Günün sonunda 1.5 milyardlıq islam aləminin 0.5 milyardını FETÖ kimi çürüklərə çıxsanız, yenə Ərdoğanın əlində 1 milyardlıq ordusu qalar”.

Tarix
2019.03.18 / 14:19
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla